DÜNYA


Ötən il beynəlxalq səyahətlərin sayında bir milyard azalma olub

Ötən il beynəlxalq səyahətlərin sayında bir milyard azalma olub

Bakı, 28 yanvar, AZƏRTAC

2020-ci ildə pandemiya ilə bağlı məhdudiyyətlər səbəbindən beynəlxalq səyahətlərin sayı bir milyard, yaxud 74 faiz azalıb. Beləliklə, ötən il bütün müşahidələr tarixində turizm üçün ən pis il olub.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı (UNWTO) məlumat yayıb. Həmçinin bildirilir ki, turizmdən ixrac gəlirləri 1,3 trilyon dollar azalıb və bu, 2009-cu ildəki qlobal iqtisadi böhranının səbəb olduğu itkilərdən 11 dəfə çoxdur.

UNWTO-nun məlumatına görə, pandemiyadan ən çox səyahətlərə daha ciddi məhdudiyyətlər qoyulan Asiya-Sakit Okean regionu zərər çəkib. Burada ötən il xarici turistlərin səfərləri 300 milyon, yaxud 84 faiz azalıb. Yaxın Şərq və Afrikada geriləmə 74 faiz, Avropada 70 faiz olub. Şimali və Cənubi Amerikada isə bu göstərici 69 faiz təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.