İQTİSADİYYAT


Ötən il dünyada bərpaolunan enerjinin qoyuluş gücü 3,6 milyard meqavat olub

Bakı, 5 avqust, AZƏRTAC

“IRENA: Bərpaolunan enerji statistikası 2022” hesabatına əsasən, 2021-ci ildə dünyada bərpaolunan enerjinin qoyuluş gücü 3 milyard 68 min 297 meqavat təşkil edib.

Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, günəş enerjisi üzrə bu göstərici 854 min 795 meqavat olub ki, onun da payı ümumi bərpaolunan enerji qoyuluş gücünün 28 faizidir.

Günəş enerjisinin qoyuluş gücünə görə Çin 306 min 973 meqavat nəticə ilə birinci yerdədir. 2020-ci illə müqayisədə ölkədə 53 min 9 meqavat (təqribən 20 faiz) artım müşahidə olunub.

Qoyuluş gücünə görə Çinin ardınca ilk beşlikdə ABŞ (95 min 209 meqavat), Yaponiya (74 min 191 meqavat), Almaniya (58 min 728 meqavat), Hindistan (49 min 684 meqavat) yer alır. 2020-ci illə müqayisədə ilk beşlikdə yer alan bütün ölkələr üzrə qoyuluş güclərində artım müşahidə edilib.

2020-ci ildə dünya üzrə BOEM hesabına enerji istehsalı 7 milyard 468 min 58 milyon kilovat-saat olub.

Günəş enerjisinin payı 843 min 855 milyon kilovat-saat olmaqla ümumi BOEM üzrə istehsalın 11 faizini təşkil edib.

İstehsal üzrə ilk beşlikdə olan ölkələr Çin (261 min 659 milyon kilovat-saat), ABŞ (119 min 329 milyon kilovat-saat), Yaponiya (79 min 97 kilovat-saat), Hindistan (54 min 666 milyon kilovat-saat) və Almaniya (48 min 641 kilovat-saat) olub.

2020-ci ildə Azərbaycanda bərpaolunan enerji mənbələrindən elektrik enerjisi istehsalı 1413 kilovat-saat təşkil edib ki, 2021-ci ildə bu göstərici 1617,2 milyon kilovat-saata çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.