CƏMİYYƏT
Ötən il dünyada meteoroloji müşahidələr içərisində ən isti dövr olub
Bakı, 9 yanvar, AZƏRTAC
Ötən il dünyada meteoroloji müşahidələr içərisində ən isti dövr olub.
AZƏRTAC xəbər verir ki, bu məlumatı Avropanın İqlim Dəyişikliyi Xidməti yayıb. Təşkilat bildirib ki, ümumilikdə, son on ildə temperatur artmağa davam edir. 2014-2019-cu illər isə ardıcıl olaraq ən isti dövrlər kimi yadda qalıb.
2016-cı ildə “El Nino” təbiət hadisəsi Yer kürəsində orta temperaturun 0.2° C artmasına səbəb olub. Son ildə isə temperatur sənaye inqilabından əvvəlki dövrlə müqayisədə 1.2° yüksək olub. 1981-ci illə müqayisədə artım 0.6° təşkil edir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib ki, Azərbaycanda da isti günlər artmaqla, şaxtalı günlərin sayı azalır. Həmçinin çaylarımızı qidalandıran qar örtüyünün dağlarda azaldığı da qeydə alınır.