CƏMİYYƏT


Ötən il ən çox Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin veb saytına müraciət edilib

Bakı, 4 yanvar, AZƏRTAC

Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) ötən ilin yekunlarına əsasən açıqladığı məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytı (www.sosial.gov.az) ötən il ən çox müraciət edilən rəsmi saytlar sırasında birinci olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, saytda məlumatların gündəlik olaraq yenilənməsi təmin olunur, sosial təminat növləri, proqram və layihələr, istehsalat təqvimi, tender, müsabiqə və müsahibə elanları, vakansiyalar, zəruri məlumatlar, mənzil və minik avtomobili almaq üçün növbəlilik siyahıları, həmin təminatlar üçün tələb olunan sənədlərin siyahıları və s. müvafiq olaraq ayrıca bölmələrdə təqdim edilir.

Saytda “E-xidmətlər” bölməsi nazirlik tərəfindən göstərilən elektron xidmətlərə birbaşa keçid etməyə imkan verir. Onun üstünlüklərindən biri də nazirliyin fəaliyyət sahələri ilə bağlı informasiya açıqlığını təmin etməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.