Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Ötən il ərzində 172 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb

Ötən il ərzində 172 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb

Bakı, 24 yanvar, AZƏRTAC

2016-cı il ərzində ölkə üzrə 172 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınıb. Bu göstəricinin 50 minə yaxını ilkin, 122 min isə təkrar qeydiyyata aid olub. 2015-ci ildəki göstəricilərlə müqayisədə ötən il ilkin qeydiyyata dair verilmiş çıxarışların sayında 18,7 faiz, tərtib olunmuş texniki pasportların sayında isə 4,5 faiz artım qeydə alınıb.

Bu barədə Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) tərəfindən 2016-cı il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirədə komitə sədri Kərəm Həsənov bildirib.

K.Həsənov qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ildə ölkədə aparılmış uğurlu sosial-iqtisadi islahatlar ölkəmizin iqtisadi potensialının güclənməsi, uğurlu inkişaf dinamikasının təmin edilməsi ilə nəticələnib. Bildirilib ki, komitə də özünün fəaliyyət sahələri üzrə gördüyü işlərlə ölkədə aparılan islahatlara öz töhfəsini verib. Ölkə iqtisadiyyatını gücləndirmək və özəl təşəbbüslərə dəstək vermək məqsədilə özəlləşdirmənin sürətləndirilməsi mühüm istiqamət kimi müəyyən edilib.

Komitə sədri diqqətə çatdırıb ki, dövlət başçısının 2016-cı il 19 iyul tarixli Fərmanına əsasən, iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığı artırmaq və effektivliyi yüksəltmək məqsədilə tədbirlər həyata keçirilib. Bu tədbirlər iri dövlət müəssisələrində müasir korporativ idarəetmə prinsiplərinin, optimal mexanizmlərin və müasir yanaşmaların tətbiqi, belə müəssisələrin təşkilati-struktur formalarının təkmilləşdirilməsi istiqamətində olub. Həmin Fərman və Nazirlər Kabinetinin müvafiq Sərəncamı ilə ötən il 300-dən çox yeni dövlət müəssisə və obyekti özəlləşdirilməyə açıq elan olunub. Yeni dövlət müəssisə və obyektlərinin siyahısı komitənin elektron informasiya resurslarında geniş ictimaiyyətə və potensial yerli və xarici investorlara açıqlanıb.

Dövlət müəssisələri və səhmdar cəmiyyətlərindən 5315 illik xüsusi hesabat forması alınıb ki, bunun da 91 faizi elektron qaydada qəbul olunub.

Komitə sədri, həmçinin bildirib ki, ölkə Prezidentinin müvafiq Fərmanına əsasən, özəlləşdirmə prosesinin sürətləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyalar cəlb edilməsi, dövlət əmlakının özəlləşdirilməsinin şəffaf və açıq şəraitdə, ictimai nəzarət və səmərəlilik prinsipləri təmin olunmaqla həyata keçirilməsi kimi mühüm vəzifələr qoyulub.

Dövlət əmlakının özəlləşdirilməsinə yerli və xarici investorları geniş şəkildə cəlb etmək məqsədilə özəlləşmə ilə bağlı qabaqcıl ölkələrin təcrübələri öyrənilib. Dünya reytinqində ilk onluğa daxil olan şirkətlərin və Beynəlxalq Valyuta Fondunun nümayəndələri ilə görüşlər keçirilib. Bir sıra beynəlxalq məsləhətçi şirkətləri ilə müvafiq anlaşma memorandumu və çərçivə sazişləri imzalanıb. Dünyanın 50-dən artıq nüfuzlu strateji investoruna, investisiya fond və banklarına özəlləşdirmə prosesi və bu sahədə potensial əməkdaşlıq imkanları haqqında müraciətlər göndərilib. Amerika Ticarət Palatası ilə əməkdaşlıq çərçivəsində keçirilən tədbirdə investorlara ölkədə həyata keçirilən iqtisadi islahatlar, özəlləşdirmə prosesindəki yeniliklər, habelə ölkənin investisiya imkanları və gələcək perspektivlər barədə məlumatlar verilib.

Ötən il ƏMDK-nın təşkilatçılığı ilə Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi keçirilib. Dünyanın 10 ölkəsindən olan 50-dən çox daşınmaz əmlak şirkətləri, investisiya qurumları və digər təşkilatlar bu sərgidə çıxış edib.

Özəlləşdirmə prosesində şəffaflığın, optimallığın və müasirliyin təmin olunması məqsədilə komitə tərəfindən “Özəlləşdirmə portalı” yaradılıb və istifadəyə verilib. Portaldan istifadə edənlərin sayı artıq 400 mini ötüb. Bu isə öz növbəsində ölkəmizdə həyata keçirilən özəlləşdirmə prosesinə olan marağın göstəricisidir.

Ötən ilin sentyabr ayından başlayaraq komitə tərəfindən geniş ictimaiyyətin və medianın iştirakı ilə hər həftə açıq hərraclar keçirilir.

Müşavirədə qeyd olunub ki, ƏMDK daşınmaz əmlakın qeydiyyatında müştəri məmnunluğu və özəlləşdirmədə açıq hərraclarla bağlı yeniliklərinə görə “Uğur-2016” Milli Mükafatına layiq görülüb.

Ötən dövrdə torpaq münasibətlərində yeni çağırışların gündəmə gəlməsi torpaq idarəçiliyinin təkmilləşdirilməsi, uçotun düzgün aparılması, torpaqlardan qeyri-qanuni istifadə hallarının qarşısının alınması kimi məsələləri daha da aktuallaşdırıb. Qeyd edilib ki, müvafiq Sərəncamla 2016-cı il 13 iyul tarixində təsdiq olunmuş daşınmaz əmlakın kadastrı və torpaq idarəçiliyinin inkişafına dair 2016-2020-ci illər üçün Dövlət Proqramına əsasən işlər görülməkdədir. Proqrama əsasən 2020-ci ilə kimi daşınmaz əmlakın vahid dövlət kadastrının formalaşdırılması, torpaqlardan istifadə və mühafizəsinin səmərəliliyinin artırılması, torpaqla bağlı vahid məlumat bazasının yaradılması işi tamamlanacaq.

Qeyd olunub ki, respublikanın 12 rayonunda elektron kadastr uçotu işləri yekunlaşıb. Nəticədə reallığı əks etdirən rəqəmsal kadastr xəritələri tərtib olunub. Gəncə, Sumqayıt şəhər bələdiyyələrinin, Bakı şəhərinin 3 bələdiyyəsi (Nəsimi, Yasamal və Bakıxanov) üzrə xəritələr hazırlanıb. Ötən il Gəncə və Şəki şəhərləri üzrə böyük kadastr layihələri yekunlaşıb və təqdimatı keçirilib.

Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub olan sahilboyu su səthinin quru ilə təmas xəttinin qrafiki təsviri hazırlanıb və Nazirlər Kabineti tərəfindən təsdiq edilib.

2016-cı ildə ölkənin 4,1 milyon hektar ərazisinin ortofotomateriallarının rəqəmsallaşdırılması işi və 4,1 milyon hektar ərazi üçün relyef xəritələrinin hazırlanması işi artıq yekunlaşıb. Bu materiallara istinadən ölkənin 51 kənd rayonunun müxtəlif qradasiyalı meyllik xəritələri tərtib edilib və onların 3D formatda relyef xəritələri hazırlanıb.

Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilib. Monitorinqlər zamanı pozuntu hallarının aşkarlanması və qarşısının alınması, qanunvericiliyə əsasən cəza və inzibati tədbirlərin görülməsi təmin edilib.

Müşavirədə qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 18 noyabr tarixli Fərmanına əsasən, fərdi evlərin sənədləşdirilməsi işi daha da sadələşib, qeydiyyat xidmətlərində rahatlıq və vətəndaş məmnunluğunun yüksəlməsi təmin edilib.

Azərbaycan ilk dəfə olaraq bu il əmlak hüquqlarının qorunması indeksinə görə “Mülkiyyət hüquqları Alyansı”nın 129 ölkəni əhatə edən reytinq cədvəli üzrə 20-ci yerdə qərarlaşıb. Dünya Bankı tərəfindən ötən il dərc olunan “Doing Business” hesabatında Azərbaycan növbəti dəfə də daşınmaz əmlakın qeydiyyatının sadəliyinə görə dünya ölkələri arasında ön sıralarda yer alıb.

Şəffaflıq, operativlik və vətəndaş məmnunluğunu təmin etmək məqsədilə daşınmaz əmlakın qeydiyyatı xidmətlərinə görə alınan xidmət haqqının və rüsumun hesablanmasını onlayn şəkildə avtomatik həyata keçirən “Əmlak Kalkulyatoru” istifadəyə verilib.

Qeydiyyat sahəsində komitənin hər ay paralel olaraq paytaxt və regionlarda, birbaşa ünvanlarda keçirilən “Kütləvi çıxarış” kampaniyası davam etməkdədir. Keçirilmiş 28 kampaniyanın 6-sı paytaxt rayonlarında, 22-si isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub.

Müşavirədə komitənin aidiyyəti qurumlarının rəhbərlərinin ötən dövrdə görülmüş işlərlə bağlı məruzələri dinlənilib.

Sonda komitə sədri qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş Strateji Yol Xəritələrində nəzərdə tutulan tədbirlərin icrası üçün zəruri işlərin görülməsi barədə tapşırıqlar verilib. Özəlləşməyə yeni açılmış müəssisələrin inventarizasiya işləri qısa zamanda başa çatdırılmalı, dövlət müəssisələrində korporativ idarəetmə qaydalarının tətbiqi tam təmin edilməlidir. Regionlarda rəqabət potensialı olan və sosial-iqtisadi inkişafa töhfə verə biləcək müəssisələrin özəlləşdirilməsi məqsədilə investorların cəlb edilməsi üçün işlər sürətləndirilməlidir. Dövlət mülkiyyətində saxlanılacaq müəssisələrin səmərəli fəaliyyətinin qiymətləndirilməsi qaydasının hazırlanması ilə bağlı beynəlxalq təcrübə araşdırılmalıdır. Müxtəlif profilli xarici investorların özəlləşdirmə prosesinə cəlb edilməsi üçün geniş təbliğat işləri aparılmalıdır. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı sahəsində işlər daha keyfiyyətli və operativ şəkildə həyata keçirilməlidir. Komitənin vətəndaşlara göstərdiyi xidmətlər üzrə məmnunluq səviyyəsi maksimum təmin olunmalıdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

AQTA sədri istehlakçılara çağırış edib

Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək

Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb VİDEO

Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir

Şirvan elektrik şəbəkəsi yenidən qurulur

Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da konfrans

AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Kənan Bağırov

Dövlət Xidməti Şamaxıda maarifləndirici tədbir keçirib

Parlamentdə Hesablama Palatasının 2023-cü ildə fəaliyyəti ilə bağlı hesabatı müzakirə olunur

AFR-in vitse-kansleri saat yarım Kiyevdə bomba sığınacağında qalıb

Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdədir

Yevlaxda genişzolaqlı internetə çıxış 71 faiz təşkil edir

ABŞ Fələstinin BMT-yə tamhüquqlu üzv olmasını əngəlləyib

İsi Məlikzadə yaradıcılığı Almaniya elektron ədəbiyyat jurnalında

Premyer Liqada XXXI turun hakimləri bəlli olub

Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib

"Xəzər səması-2024" birgə taktiki təlimi keçirilib VİDEO

Famil Ağayev: Məşqçilik karyeramın ən böyük həyəcanını keçirdim

Azərbaycan ərazisində ekoloji streslərə davamlı bitki növlərinin artırılması – elmi seminar

TDT-yə üzv ölkələrin parlamentlərinin beynəlxalq münasibətlər üzrə komitələrinin Bakıda konfransı keçiriləcək

Üç ayda DSMF-də 69 mindən çox vətəndaş müraciəti cavablandırılıb

XRİTDX-nin nümayəndə heyəti Türkiyədə “Müdafiə və Havaçılık sahəsində” keçirilən tədbirdə iştirak edir

Keniyalı general helikopter qəzasında ölüb

Baş prokuror Ağdaşda vətəndaşları qəbul edəcək

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

İsmayıllıda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlanıb

Avstraliya öz vətəndaşlarını İsrail və Fələstini tərk etməyə çağırır

Beynəlxalq Muğam Mərkəzində “Sərhədsiz Puşkin” adlı konsert keçiriləcək

Azərbaycanda böyrək əməliyyatı icbari tibbi sığorta ilə qarşılanır

İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib

Azərbaycanın stolüstü tennisçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

“Fotolarda canlanan tarix” sərgisi başa çatıb

Dubayda qastronomiya festivalı açılır

Azərbaycan Premyer Liqası: XXXI tura Tovuzda start veriləcək

“Turan Tovuz” klubunun rəsmisi: Avropanı Tovuz şəhərinə gətirmək istəyirik

Azərbaycanın voleybol çempionatlarında final və üçüncülük oyunlarının tarixləri bəlli olub

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə test imtahanına qeydiyyat davam edir

Ağdərə-Ağdam avtomobil yolunun inşasına başlanılıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

Bu gün tanınmış şair Tofiq Bayramın anım günüdür

“ASAN xidmət” BMT ilə yeni layihəyə başlayır

DİN: Ötən gün 5 tüfəng təhvil götürülüb

Yaşıl dünya naminə həmrəy Azərbaycan

® “AlatBay” Logistik Mərkəzi “Edge Advanced Green” sertifikatına layiq görülüb

Azərbaycan neftinin qiyməti 88 dollara enib

Polis 6 kiloqramdan çox narkotik vasitə aşkar edib