İQTİSADİYYAT
Ötən il ərzində paytaxtda 104,4 kilometr yol təmir edilmişdir
Bakı, 17 fevral (AZƏRTAC). Ötən il ərzində paytaxtın bəzi avtomobil yolları tikilmiş və əsaslı təmir edilmiş, yol qovşaqları və tunellər istismara verilmişdir.
AZƏRTAC Azəryol.az saytına istinadla xəbər verir ki, bu dövrdə şəhərdə 104,4 kilometr yol təmir olunmuş, Dövlət Bayraq Meydanı ərazisindən keçən 2,8 kilometrlik magistral yol inşa olunmuşdur.
Bundan başqa, uzunluğu – 1200 metr, asma konstruksiyalı “Koroğlu” yol qovşağı kompleksi, uzunluğu 546 metr təşkil edən Həsən Əliyev küçəsi ilə Atatürk prospektinin kəsişməsində
avtomobil tuneli və uzunluğu 566 metr olan Bilgəh - Novxanı - Sumqayıt avtomobil yolunda Kardiologiya Mərkəzinin qarşısındakı avtomobil tunelinin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]