İQTİSADİYYAT


 Ötən il əsas kapitala 17 milyard manat yönəldilib

Bakı, 21 yanvar, AZƏRTAC 

2020-ci ildə əsas kapitala 17 milyard 28,1 milyon manat məbləğində, yaxud 2019-cu illə müqayisədə 8,3 faiz az vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 0,3 faiz artıb, qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 12,3 faiz azalıb.

İstifadə olunmuş vəsaitin 11 milyard 175,8 milyon manatı və ya 65,6 faizi məhsul istehsalı sahələrinə, 4 milyard 485 milyon manatı (26,4 faizi) xidmət sahələrinə, 1 milayrd 367,3 milyon manatı (8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.