İQTİSADİYYAT


Ötən il istehlakçılara satılan elektrik enerjisi üzrə ümumi yığım səviyyəsi 96,5 faizə çatdırılıb

Bakı, 22 fevral, AZƏRTAC

Respublika ərazisində istehlakçıların keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi üçün 2021-ci ildə “Azərişıq” ASC tərəfindən müvafiq işlər yerinə yetirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Energetika Nazirliyi və tabeliyindəki qurumlar tərəfindən ötən il görülmüş işlərə dair hesabatda bildirilib.

Hesabatda qeyd edilib ki, Pirallahı rayonunun elektrik təchizatının yaxşılaşdırılması, elektrik enerjisinə artan tələbatın ödənilməsi üçün 110/35/6 kV-luq 2x40 MVA gücündə “Pirallahı” yarımstansiyası inşa edilib. Regionlarda elektrik təchizatının dayanıqlığının və etibarlılığının artırılması məqsədilə Şamaxı rayonunda 35/10 kV-luq 2x10 MVA gücündə “Meysəri”, 35/10 kV-luq 2x6,3 MVA gücündə “Çuxuryurd-2”, 35/10 kV-luq 6,3+2,5 MVA gücündə “Muğanlı”, İsmayıllı rayonunda 35/10 kV-luq 2x6,3 MVA gücündə “Basqal”, Qusar rayonunda 35/10 kV-luq 4 MVA gücündə “Şirvanlı”, Siyəzən rayonunda 35/10 kV-luq 1,6 MVA gücündə “Dağquşçu”, Daşkəsən rayonunda 110/35/6 kV-luq 10 MVA gücündə “Əhmədli”, Ağsu rayonunda 35/10 kV-luq 4 MVA gücündə “Ağabəyli”, Abşeron rayonunda 35/6 kV-luq 10 MVA gücündə 143 saylı yarımstansiyaları inşa olunub.

Hacıqabul rayonundakı 110/35/10 kV-luq 2x50 MVA gücündə “Qarasu”, Bakı şəhərindəki 110/35/10 kV-luq 2x40 MVA gücündə “Buzovna-1” yarımstansiyalarının, Şamaxı şəhərindəki “Azərişıq” ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin istifadəyə verilməsi, Zəngilan rayonundakı 35 kV-luq rəqəmsal yarımstansiyanın, Füzuli şəhərindəki rəqəmsal yarımstansiya və idarəetmə mərkəzinin, Hadrut qəsəbəsindəki 35 kV-luq qovşaq yarımstansiyasının təməlqoyma tədbirləri həyata keçirilib.

Hesabat dövründə elektrik enerjisi verilişinin keyfiyyətinin yüksəldilməsi, şəbəkələrdə enerji itkilərinin azaldılması üçün Bakı şəhərində və regionlarda 287 ədəd komplekt transformator məntəqəsi quraşdırılıb. Hesabat ili ərzində ümumilikdə 201 min 3 ədəd olmaqla əhali istehlakçılarına aid 172 min 602 ədəd, qeyri-əhali istehlakçılarına aid 28 min 401 ədəd uçot dəstləri bərpa olunub. Görülmüş işlər nəticəsində istehlakçılara satılan faydalı elektrik enerjisinin həcmi 18 milyard kVt/saat olub, ümumi yığım səviyyəsi 96,5 faizə çatdırılıb.

“ASAN xidmət” və “ASAN Kommunal” mərkəzləri vasitəsilə istehlakçılara 17 növ xidmət göstərilir. Kommunal sahədə ilk dəfə olaraq “Azərişıq” ASC-də “3D mobil elektron xəritə” sisteminin qurulmasına başlanılıb ki, bu, sistem vasitəsilə xəritədə ərazinin infrastrukturunu 3D görünüş şəklində yaradaraq yarımstansiyalar, transformator məntəqələri və elektrik xətləri barədə informasiyanın əldə edilməsinə, qəza şəraitində paylayıcı elektrik şəbəkələrinin məsafədən idarə olunmasına imkan verəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.