İQTİSADİYYAT


Ötən il kartlar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 11,1 milyon manat olub

Ötən il kartlar vasitəsilə aparılan nağdsız ödənişlərin həcmi 11,1 milyon manat olub

Bakı, 24 yanvar, AZƏRTAC

Ödəniş kartlarının artması nağdsız ödənişlərin həcminə müsbət təsir göstərib. Belə ki, ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 83 faiz artıb.

AZƏRTAC Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir ki, ötən ilin 12 ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 11 milyard 172 milyon manat olub. Həyata keçirilən nağdsız ödənişlərin 7 milyard 208 milyon manatı elektron ticarətin payına düşür. Qalan məbləğin 3 milyard 927 milyon manatı POS-terminallar, 37 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib. Dekabr ayı ərzində ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ümumi əməliyyatların 34,6 faizini təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.