İQTİSADİYYAT


Ötən il kompüter, elektron və optik məhsulların istehsalı artıb

Bakı, 22 yanvar, AZƏRTAC

Ötən il kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 236,8 milyon manatlıq məhsul istehsal olunub.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatlarına istinadla xəbər verir ki, 2020-ci illə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 8,3 faiz artıb, elektrik avadanlıqlarının istehsalı isə 11,2 faiz azalıb.

Hesabat dövründə ötən il 2020-ci illə müqayisədə 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 84,3 faiz, mayelərin məsrəfi və ya səviyyəsinin ölçülməsi, yoxlanması üçün cihazların istehsalı 63,1 faiz, qəbuledici qurğuları olmayan radio və televiziya verilişləri aparatlarının istehsalı isə 22,1 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.