CƏMİYYƏT


Ötən il milli parkları 80 minə yaxın turist ziyarət edib

Bakı, 4 yanvar, AZƏRTAC 

Ötən il Azərbaycanın milli parklarını 79 min 997 turist ziyarət edib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlardan 72 min 519-u yerli, 7478-i isə xarici vətəndaş olub.

Qeyd edək ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Milli parkları ziyarət etmək istəyənlər nazirliyin rəsmi internet saytının “xidmətlər” bölməsinə daxil olub onlayn şəkildə bilet ala bilərlər. Bununla yanaşı, milli parkların giriş məntəqələrindən də bilet əldə etmək mümkündür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.