REGİONLAR


Ötən il muxtar respublikada 186 milyon manatlıq inşaat işləri yerinə yetirilib

Naxçıvan, 19 yanvar, AZƏRTAC

2020-ci ildə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xətti ilə 186 milyon 706 min manatlıq inşaat işləri yerinə yetirilib ki, bunun da 176 milyon 402 min manatını və ya 94,5 faizini yalnız tikinti-quraşdırma işləri təşkil edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsində keçirilən kollegiya iclasında danışılıb.

İclasda komitənin sədri Hicran Rüstəmov çıxış edərək bildirib ki, hesabat ilində Ordubad rayonunun Vənənd kəndində 432 yerlik tam orta və uşaq musiqi məktəbləri, Şərur rayonunun Muğancıq-Mehrab kəndində 224, Culfa rayonunun Camaldın kəndində 252, Babək rayonunun Nəcəfəlidizə kəndində 78, Şərur rayonunun Qarabürc kəndində 120 şagird yerlik tam orta məktəb binalarının, Culfa Rayon Təhsil Şöbəsinin və məktəbdənkənar təhsil müəssisələrinin binası istifadəyə verilib. Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Liseyin, uşaq bağçasının tikintisi, Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsi üçün binanın, Şərur rayonunun Şəhriyar kəndində tam orta məktəb və uşaq musiqi məktəbi binalarının, Ordubad şəhərində və Nüsnüs kəndində məktəb binalarının yenidən qurulması davam etdirilib.

Qeyd olunub ki, 2020-ci ildə Şərur Rayon Mədəniyyət Sarayının və “Saat Meydanı”nın, Şahbuz rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin, Şərur və Sədərək rayonlarında Bayraq meydanlarının tikintisi aparılıb.

Diqqətə çatdırılıb ki, 2020-ci ildə Naxçıvan şəhərində “Gənclər Yaşayış Kompleksi”nin və 1 yaşayış binasının tikintisi, 9 yaşayış binasının yenidən qurulması, Ordubad rayonunda 1 yaşayış binasının tikintisi, Babək şəhərində bazar kompleksinin tikintisi, Şərur rayonunda 1, Culfa rayonunda 2 yaşayış binasının yenidən qurulması başa çatdırılıb, Naxçıvan şəhərində 1 yaşayış binasının tikintisi, 5 yaşayış binasının, tələbə yataqxanasının yenidən qurulması, Şərur və Şahbuz rayonlarının hər birində 1 yaşayış binasının tikintisi, Şərur və Culfa rayonlarının hər birində 1 yaşayış binasının yenidən qurulması davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov bildirib ki, ötən il muxtar respublikada 43 kilometrə yaxın yeni asfalt yol salınıb, 4 körpü tikilib və ya əsaslı təmir olunub. Hesabat ilində Naxçıvan Muxtar Respublikası Süni Mayalanma Mərkəzinə gedən avtomobil yolunun, Culfa Rayon Rabitə Evinin, Culfa rayon Dövlət Yanğın Təhlükəsizliyi Şöbəsi və Təhsil Şöbəsi binalarının ətrafının, Şahtaxtı kənd Şərq hamamına gedən avtomobil yolunun, Babək rayonundakı bazar binası ətrafının, Dövlət Baytarlıq Xidməti binası ətrafının asfaltlanması, eləcə də Naxçıvan şəhərində yerləşən “N” hərbi hissədə işlər davam etdirilib.

Sonra çıxışlar dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.