REGİONLAR


Ötən il muxtar respublikada törədilən cinayətlərin açılması 100 faiz təmin olunub

Naxçıvan, 18 yanvar, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində ötən ilin yekunları və cari ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclası keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, iclasda çıxış edən daxili işlər nazirinin müavini, nazir vəzifələrini icra edən, polis polkovniki Rəşad İsmayılov daxili işlər orqanlarına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, muxtar respublikanın daxili işlər orqanları Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin göstərdiyi qayğıdan və yaradılan şəraitdən səmərəli istifadə edərək ictimai asayişin və təhlükəsizliyin qorunmasında, cinayətkarlığa qarşı mübarizədə qətiyyətli və prinsipial mövqe nümayiş etdirməkdədir. 2021-ci ildə Daxili İşlər Nazirliyi və Prokurorluqda muxtar respublika ərazisində törədilmiş cinayət hadisələri üzrə 31 cinayət işi başlanaraq istintaqı aparılıb. Baş vermiş cinayət hadisələrindən 12-si və ya 24,5 faizi ehtiyatsızlıqdan törədilən cinayətlər olub. İl ərzində törədilmiş cinayətlərin açılması 100 faiz təmin edilib, insan alveri ilə bağlı cinayət hadisəsi qeydə alınmayıb. Həmçinin axtarışda olan 2 təqsirləndirilən şəxsin tutularaq istintaq orqanlarına təhvil verilməsi təmin edilib, ötən ildəki kimi, axtarışda olan şəxslərin tutulması 100 faiz olub.

Vurğulanıb ki, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığa qarşı mübarizəyə dair 2021-ci il ərzində keçirilmiş tədbirlər nəticəsində 1 cinayət və 18 inzibati fakt aşkar edilib. 2020-ci illə müqayisədə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı aşkarlanan faktların sayı 2 cinayət, 12 inzibati fakt azalıb. Hesabat dövründə keçmiş illərdən qapalı qalmış 1 cinayət işi üzrə icraat təzələnərək Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39-cu maddəsinin müvafiq bəndinə əsasən xitam edilib.

Diqqətə çatdırılıb ki, dövlət yol polisi əməkdaşları inzibati xətalara qarşı, o cümlədən nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən sürücülərə qarşı mübarizə tədbirlərini 2021-ci il ərzində də davam etdirib, 229 sərxoş sürücü aşkar edilərək barələrində qanuni tədbirlər görülüb. “Təhlükəsiz şəhər” layihəsi çərçivəsində quraşdırılmış kameralar vasitəsilə il ərzində 350 hadisə aşkarlanıb ki, onlardan 301-i maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi, 49-u isə piyadalarla bağlı olub.

Nаzirliyin Pаspоrt və Qеydiyyаt Şöbəsi tərəfindən 2021-ci il ərzində 10639 şəxsə ümumvətəndаş pаspоrtu verilib. Ərаzi pоlis оrqаnlаrının qеydiyyаt və şəхsiyyət vəsiqəsi хidmətləri tərəfindən isə 56498 vətəndаş, о cümlədən cəzаçəkmə müəssisələrindən аzаdlığа burахılmış 41 nəfər şəхsiyyət vəsiqəsi ilə təmin olunub. Bundan əlavə, ölkəmizin digər bölgələrində yaşayan muxtar respublika sakinlərinin biometrik şəxsiyyət vəsiqəsi ilə təmin edilməsi məqsədilə Bakı şəhərinə ezam olunmuş aidiyyəti xidmət əməkdaşları tərəfindən 7361 nəfərə biometrik şəxsiyyət vəsiqəsi verilib.

“Vətəndaş məmnunluğunun təmin edilməsi çərçivəsində muxtar respublika rəhbərinin həyata keçirdiyi tədbirlərin bariz nümunəsi olan Daxili İşlər Nazirliyinin “Səyyar xidməti” tərəfindən 68 dəfə Şərur, 58 dəfə Babək, 33 dəfə Ordubad, 37 dəfə Culfa, 17 dəfə Şahbuz, 16 dəfə Kəngərli, 8 dəfə isə Sədərək rayonu ərazisində olmaqla, 16900 müraciət qəbul edilərək qüsursuz icra olunub”, - deyən Rəşad İsmayılov bildirib ki, hesabat ilində daxili işlər orqanları tərəfindən həyata keçirilən profilaktik-maarifləndirmə tədbirləri nəticəsində vətəndaşlar tərəfindən 193 ədəd müxtəlif növ silah, 8631 ədəd müxtəlif növ döyüş sursаtı könüllü olaraq təhvil verilib.

Bildirilib ki, şəxsi heyət arasında mənəvi-psixoloji durumun yüksəldilməsi istiqamətində il ərzində xidməti fəаliyyətin yеrinə yеtirilməsində fərqlənən əməkdаşlаrın əməyi qiymətləndirilərək 1146 nəfər müхtəlif mükafatlara layiq görülüb.

Sonra məruzə ətrafında çıxışlar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.