İQTİSADİYYAT
Ötən il neft-qaz sektoruna 5,8 milyard manat yönəldilib
Bakı, 20 yanvar, AZƏRTAC
2020-ci ildə neft-qaz sektoruna 5 milyard 879,7 milyon manat yönəldilib. Əvvəlki illə müqayisədə neft-qaz sektoruna yatırılmış investisiyalar 0,3 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, il ərzində neft-qaz sektorunda 21 milyard 639,7 milyon manatlıq məhsul istehsal olunub. Sənayenin bu sektorunda məhsul istehsalı əvvəlki ilə nisbətən 6,9 faiz azalıb. Neft-qaz sektorunda istehsal olunmuş əlavə dəyər isə 7 faiz geriləyib.
Sənaye məhsulunun 61,3 faizi mədənçıxarma sektorunda istehsal edilib. Dekabrda sənaye məhsullarının istehsalçı qiymətləri indeksi əvvəlki ayla müqayisədə 113,5 faiz, o cümlədən mədənçıxarma sənayesi üzrə 116,7 faiz olub.
Dekabrın 1-nə iqtisadiyyatın neft-qaz sektorunda 33,9 min nəfər çalışıb. Yanvar-noyabr aylarında neft-qaz sektorunda nominal əməkhaqqı isə 3331,6 manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]