CƏMİYYƏT
Ötən il nikaha daxil olan kişilərdə orta yaş 28,6, qadınlarda 24,1 olub
Bakı, 22 avqust, AZƏRTAC
Ötən il Azərbaycanda 66 min 771 nikah, 13 min 114 boşanma qeydə alınıb. Nikahların sayı 2013-cü ilə nisbətən 1,3 dəfə azalıb, boşanmaların sayı isə 1,12 dəfə artıb. Şəhərlərdə 36 min 739 nikah, 9173 boşanma, kəndlərdə isə 30 min 032 nikah, 3941 boşanma qeydə alınıb.
AZƏRTAC Dövlət Statistika Komitəsinin “Azərbaycanın Demoqrafik Göstəriciləri” rəsmi nəşrinə əsasən xəbər verir ki, 2016-cı ildə nikaha daxil olan kişilərdə orta yaş 28,6-ya, qadınlarda isə 24,1-ə bərabər olub. Həmin göstərici 2014-cü ildən etibarən sabit qalıb.
Ötən il Azərbaycanda kişilər ən çox 25-29 (29 min 260 nəfər), qadınlar isə 18-24 yaşlarında (44 min 503 nəfər) nikaha daxil olublar. Boşanma halları isə kişilərdə 30-34 (3198 nəfər), qadınlarda 25-29 yaşlar arasında (3453 nəfər) üstünlük təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]