REGİONLAR


Ötən il ölkə üzrə 6,3 min ton tütün istehsal olunub

Məhsul istehsalı 18,9 faiz artıb

Bakı, 16 fevral, Ceyhun Rüstəmov, AZƏRTAC

Ötən mövsüm ölkə üzrə 6,3 min ton tütün istehsal olunub. Bu rəqəm inişil 5,3 min ton olmuşdur. Beləliklə, məhsul istehsalı 18,9 faiz artıb.

Bu barədə AZƏRTAC-a Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzindən məlumat verilib.

Bildirilib ki, tütün sahələrində məhsuldarlıq 2017-ci ildə hektara 16,6 sentner, 2018-ci ildə isə 19,0 sentner təşkil edib.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il 3,4 min hektarda tütün əkilib.

“Azərbaycan Respublikasında tütünçülüyün inkişafına dair 2017–2021-ci illər üçün Dövlət Proqramı”nda 2021-ci ilədək orta məhsuldarlıq 20 sentner/hektar olmaqla, əkin sahələrinin 6 min hektara, tütün istehsalının isə 12 min tona çatdırılması nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.