Ötən il ölkədə əvvəllər qeydə alınan bəzi infeksiyalarla xəstələnmə halı müşahidə edilməyib
AzerTAg.az
Bakı, 18 yanvar, AZƏRTAC
2021-ci ildə Azərbaycanda Milli Peyvənd təqviminə əsasən peyvəndləmə nəticəsində ayrı-ayrı yoluxucu xəstəliklərin azalmasına, bəzilərinin isə tam ləğv olunmasına nail olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatında məlumat verilib.
Qeyd olunub ki, ötən ilin yanvar-noyabr aylarında 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə ölkədə skarlatina (73,6 faiz), su çiçəyi (64,5 faiz), kəskin bağırsaq infeksiyaları (13,9 faiz) və viruslu hepatit ilə (9,8 faiz) xəstələnmə halları azalıb. Kəskin poliomielit, epidemik parotit, tulyaremiya, anadangəlmə məxmərək sindromu, difteriya, yenidoğulmuşlarda tetanus, göyöskürək və malyariya xəstəlikləri isə ümumiyyətlə qeydə alınmayıb.
Məlumata əsasən, 2021-ci ildə yoluxucu xəstəliklərin profilaktikası və qarşısının alınması məqsədilə inkişaf etmiş Avropa ölkələrində olduğu kimi uşaqlara 11 xəstəliyə qarşı müasir vaksinlərlə peyvənd edilib.

Xəbərin mətnində orfoqrafik səhv var