Ötən il ölkəmizə giriş edən əcnəbilərin sayı 791 min 983 nəfər olub
AzerTAg.az
Bakı, 18 yanvar, AZƏRTAC
Ötən il ölkəmizə giriş edən əcnəbilərin sayı 791 min 983 nəfər olub. Bu da 2020-ci illə müqayisədə 0,5 faiz azalma deməkdir.
AZƏRTAC xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov qurumun 2021-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı yanvarın 18-də keçirilən mətbuat konfransında deyib.
V.Hüseynov vurğulayıb ki, ötən il 2020-ci illə müqayisədə olduğu yer üzrə qeydiyyatda 14,6 faiz, ölkədə müvəqqəti yaşamalarda 19,8 faiz, daimi yaşayanlarda 43,6 faiz, iş icazəsi alanlarda 43,2 faiz artım müşahidə olunub.
Hesabat dövründə 420 şəxsin readmissiya edildiyini söyləyən Xidmət rəisi hazırda Azərbaycanda olan və yaşayan əcnəbilərin sayının 129 min 590 nəfər olduğunu bildirib.

Xəbərin mətnində orfoqrafik səhv var