İQTİSADİYYAT


Ötən il ölkənin tikinti müəssisələrində 11 min 647 maşın-mexanizm olub

Bakı, 11 aprel, AZƏRTAC

Bu il yanvarın 1-i vəziyyətinə ölkənin tikinti müəssisələrində 11 min 647, o cümlədən dövlət müəssisələrində 4 min 980, qeyri-dövlət müəssisələrində 6 min 667 tikinti maşın-mexanizmi olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, ötən il 1104 maşın tam amortizasiya olunub, onlardan 253-ü istismara yararsız olduğuna görə silinib.

Keçən il tikinti müəssisələri tərəfindən 167 ədəd müxtəlif növ tikinti maşın-mexanizmi alınıb ki, onların 68-i yükünü özüboşaldan avtomobillər, 17-si yolbasan maşınlar, 17-si stasionar və avtobetonnasoslar, 13-ü pnevmotəkərli kranlar, 13-ü pnevmatik əl maşınları, 11-i karxanalar üçün mobil və stasionar qırma-ələmə avadanlıqları, 28-i isə digəriləri olub. Tikinti maşın–mexanizmlərin 9,7 faizi Naxçıvan Muxtar Respublikasında, 65,3 faizi Bakı şəhərində, 8,1 faizi Aran, 4,2 faizi Gəncə-Qazax, 3,8 faizi Abşeron, 8,9 faizi isə digər iqtisadi rayonlarda cəmlənib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.