ELM VƏ TƏHSİL


Ötən il paytaxt üzrə 52 şagird inklüziv təhsilə cəlb olunub

Bakı, 10 yanvar, AZƏRTAC 

Ötən il UNICEF-lə birgə layihə çərçivəsində Bakı şəhəri üzrə 4 ümumtəhsil müəssisəsində 52 şagird inklüziv təhsilə cəlb edilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar bir sıra işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib. Avropa İttifaqının maliyyə dəstəyi ilə hazırda inklüziv təhsillə bağlı UNICEF və Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi tərəfindən iki layihə icra olunur. 2017-2018-ci tədris ilində ümumilikdə ölkə üzrə sağlamlıq imkanları məhdud 10 min 130 uşaq xüsusi təhsilə cəlb edilib.

Qeyd edək ki, inklüziv təhsil sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunmasını təmin edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.