İQTİSADİYYAT


Ötən il paytaxta 119 avtobus gətirilib VİDEO

Bakı, 28 aprel, Elvin Camalov, AZƏRTAC

2020-ci ildə Bakıya 119 avtobus gətirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli aprelin 28-də agentliyin 2020-ci il üzrə fəaliyyətinin yekunlarına həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, keçən il paytaxta gətirilən 119 avtobusun 115-i BNA-nın, 4-ü isə özəl daşıyıcıların tərkibindədir. Yeni avtobuslarla gün ərzində 630 mindən çox sərnişin daşınır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.