İQTİSADİYYAT


Ötən il paytaxtda 288 yeni piyada keçidi təşkil edilib

Ötən il paytaxtda 288 yeni piyada keçidi təşkil edilib

Bakı, 18 yanvar, AZƏRTAC

2022-ci ildə Bakının müxtəlif küçə və prospektlərində 288 yeni piyada keçidi təşkil edilib ki, bunlardan da 9-u eynisəviyyəlidir.

AZƏRTAC Bakı Nəqliyyat Agentliyinə istinadla xəbər verir ki, hesabat dövründə 12 piyada keçidində “Sarı döyünən işıq” quraşdırılıb, 31 piyada keçidinin işıqlandırılması təmin edilib. Yol hərəkətinin təşkilində əsas faktorlardan olan piyada təhlükəsizliyinə hər zaman xüsusi həssaslıqla yanaşan Bakı Nəqliyyat Agentliyi tərəfindən bu istiqamətdə mütəmadi olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir.

Qeyd edək ki, görülən işlər çərçivəsində istər vətəndaş müraciətləri, istərsə də aparılan monitorinqlər əsasında müəyyənləşdirilən ərazilərdə yeni nizamlanan və nizamlanmayan eynisəviyyəli piyada keçidləri təşkil edilir, mövcud piyada keçidlərində yenilənmə işləri aparılır. Bununla yanaşı, piyada intensivliyinin yüksək olduğu, xüsusilə azyaşlı uşaqların daha çox hərəkət etdiyi təhsil ocaqlarının ətrafında təhlükəsizlik səviyyəsinin daha yüksək həddə çatdırılması üçün asfalt örtüyün üzərinə “Məktəb” və “Yavaş” sözləri yazılıb. Məqsəd paytaxt ərazisində piyada əlçatanlığının artırılması, piyadalar üçün daha təhlükəsiz və rahat nəqliyyat mühitinin formalaşdırılmasıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.