İQTİSADİYYAT


Ötən il paytaxtda bir ədəd yeraltı və 6 yerüstü piyada keçidi tikilib

Bakı, 22 fevral, AZƏRTAC

Ötən il ərzində Bakı şəhərində bir ədəd yeraltı və 6 ədəd yerüstü piyada keçidi inşa edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələr” mövzusuna həsr edilən brifinqdə deyib.

S.Məmmədov vurğulayıb ki, 2020-ci ildə o cümlədən, R-32, Ucar-Zərdab-Ağcabədi avtomobil yolunda 7 ədəd, M-4 magistral avtomobil yolunun Bakı-Şamaxı-Muğanlı hissəsində 2 ədəd körpü və 2 ədəd yeraltı piyada keçidi, R-42 Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda 3 ədəd, R-57, M-5 (46 kilometr) Şəki avtomobil yolunda 5 ədəd, M-5 Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunda 3 ədəd, M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 11-ci kilometrində, Xırdalan dairəsində 2 ədəd əlavə avtomobil tunelinin tikintisi, Bakı şəhərində 1 ədəd yeraltı və 6 ədəd yerüstü piyada keçidləri və Xırdalan dairəsinin yaxınlığında bir yeni metal dəmir yolu ötürücüsünün tikintisi işləri aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.