İQTİSADİYYAT


Ötən il paytaxtda ödənişli xidmətlərin dəyəri 3,2 faiz artıb

Bakı, 15 fevral, AZƏRTAC

2018-ci ildə Bakıda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki illə müqayisədə 3,2 faiz artaraq 5 milyard 717,3 milyon manat olub.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 276,4 milyon manatlıq xidmət göstərilib. Bu da xidmətin ümumi dəyərinin 57,3 faizini təşkil edib. Qeyri-dövlət sektorunda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri əvvəlki ilə nisbətən 5,5 faiz artıb və 4 milyard 699,2 milyon manat olub. İl ərzində hər bir şəhər sakini orta hesabla ayda 193,3 manatlıq və ya əvvəlki illə müqayisədə nominal ifadədə 8,8 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.