İQTİSADİYYAT


Ötən il paytaxtın kimya sənayesində məhsul buraxılışı artıb

Bakı, 3 fevral, AZƏRTAC

Keçən il Bakının kimya sənayesində məhsul buraxılışı çoxalıb.

AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinin yaydığı hesabata istinadla xəbər verir ki, 2019-cu ildə kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 373,5 milyon manatlıq məhsul istehsal edilib. 2018-ci illə müqayisədə məhsul buraxılışı kimya sənayesində 41,9 faiz, əczaçılıq məhsullarının istehsalında isə 8,1 faiz artıb, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 2,1 faiz azalma müşahidə olunub.

Əvvəlki ilə nisbətən əsas kimya məhsullarından azot istehsalı 62,7 faiz, oksigen istehsalı 20,2 faiz azalıb, lak boya məmulatlarının istehsalı 83,4 faiz artıb.

Rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı əvvəlki illə müqayisədə 54,8 faiz, liflə armaturlaşdırılmış sair bərk plastik borular, borucuqlar, qollar, şlanqların istehsalı 30,6 faiz azalıb, polietilen kisə və çantaların istehsalı isə 3 dəfə çoxalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.