İQTİSADİYYAT


Ötən il qeyri-neft-qaz məhsullarının ixracı azalıb

Bakı, 22 fevral, AZƏRTAC

Keçən il qeyri-neft-qaz məhsullarının ixracı 2019-cu illə müqayisədə faktiki qiymətlərlə 5,3 faiz, real ifadədə isə 16 faiz azalaraq 1 milyard 851,3 milyon dollara bərabər olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, qeyri-neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (37,3 faiz), Türkiyəyə (20,4 faiz), İsveçrəyə (12,1 faiz), Gürcüstana (6,9 faiz), Çinə (2,4 faiz), Ukraynaya (2,3 faiz), İtaliyaya (2,1 faiz), İrana (1,5 faiz), Qazaxıstana (1,4 faiz), ABŞ-a (1,3 faiz), Özbəkistana (1,1 faiz), Almaniyaya (1 faiz), Türkmənistana (1 faiz), Belarusa (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.