İQTİSADİYYAT


Ötən il qlobal miqyasda neft-qaz sektoruna 726 milyard dollar yönəldilib

Bakı, 15 may, AZƏRTAC

2018-ci ildə qlobal neft və təbii qaz sektoruna yönəldilən sərmayələr əvvəlki illə müqayisədə 1,11 artaraq 726 milyard dollar olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) “Dünya Enerji İnvestisiyaları 2019” adlı hesabatında deyilir.

Hesabata görə, bu vəsaitin 477 milyard dolları neft və qazın hasilatına, 249 milyard dolları isə bu iki karbohidrogen ehtiyatının emalı və infrastrukturu üçün xərclənib.

Həmçinin keçən il qlobal kömür sənayesinə sərmayələr də əvvəlki ilə görə 2,56 faiz çoxalaraq 80 milyard dollar təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.