İQTİSADİYYAT
Ötən il qlobal neft tələbatı gündəlik 1,6 milyon barrel artıb
Bakı, 13 fevral, Nihad Budaqov, AZƏRTAC
2017-ci ildə qlobal neft tələbatı sutkalıq 1 milyon 600 min barrel artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir. Hesabata görə, başda ABŞ olmaqla qlobal neft istehsalındakı çoxalmanın bu il tələbatdakı artımı keçəcəyi gözlənilir: “Əsasən ABŞ-da olmaqla, qlobal neft hasilatındakı sürətli yüksəliş tələbatdakı artıma çata bilər və bu, hazırda son 5 ilin orta göstəricisinə yaxın olan qlobal neft ehtiyatlarının atmasına gətirib çıxaracaq. 2018-ci ildə maye yanacaq istehsalındakı çoxalma qlobal tələbat artımı ilə eyni ola bilər”.
Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, 2017-ci ildə neft ehtiyatları 154 milyon barrel və ya gündəlik 420 min barrel azalıb: “Ehtiyatların bu qədər azalması neft hasilatının aşağı salınmasına dair razılaşmanın müvəffəqiyyətinin göstəricisidir. Lakin bu həmişə belə olmaya da bilər”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]