CƏMİYYƏT


Ötən il respublika ərazisində baş verən 1649 yol-nəqliyyat hadisəsi nəticəsində 706 nəfər həlak olub

Bakı, 19 yanvar, AZƏRTAC

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) 2021-ci ildə qeydə alınmış yol-nəqliyyat hadisələrinin statistikasını açıqlayıb.

İdarədən AZƏRTAC-a bildiriblər ki, ötən il respublika ərazisində 1649 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 706 nəfər həlak olub, 1452 nəfər xəsarət alıb. Ölkədə pandemiya əleyhinə məhdudiyyət tədbirlərinin tətbiq olunduğu 2020-ci illə müqayisədə hadisələrin sayı 62 fakt (3,9 faiz), ölənlərin sayı 10 nəfər (1,4 faiz), xəsarət alanların sayı isə 42 nəfər (3 faiz) artıb. Qəzalarda həlak olan 706 nəfərdən 49-u 16 yaşadək uşaq, 148-i qadındır. Həmçinin həlak olanlardan 345-i piyada, 184-ü sürücü, 151-i sərnişin, 22-si velosipedçi, 1-i arabaçı, 3-ü isə digər hərəkət iştirakçısıdır. Qəzaların 514-ü paytaxt ərazisində qeydə alınıb. Nəticədə 211 nəfər həyatını itirib, 413 nəfər xəsarət alıb.

Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, yol-nəqliyyat hadisələrinin 1597-si sürücülər tərəfindən qaydaların pozulması səbəbindən baş verib. Qayda pozuntuları ən çox nəqliyyat vasitələrinin yüksək sürətlə idarə edilməsi (640), qarşıdan gələn nəqliyyat vasitəsinin hərəkət zolağına çıxma və ötmə (546) olmaqla yolayrıcılarını keçmə (148), nəqliyyatın sərxoş vəziyyətdə idarə edilməsi (16), sükan arxasında yatma (13) və digərləri olub.

Ötən il 721 piyadavurma hadisəsi qeydə alınıb ki, bu da respublika üzrə qəzaların 43,7 faizini təşkil edir. Bu qəzalar sürücülərlə yanaşı, piyadalar tərəfindən də yol hərəkəti qaydalarının pozulması, əsasən yolun hərəkət hissəsinin müəyyən olunmayan yerdən keçilməsi səbəbindən baş verib.

Yol-nəqliyyat hadisələri arasında, həmçinin toqquşma (539), maneəni vurma (149) və aşma (148) halları yenə də üstünlük təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.