İQTİSADİYYAT


Ötən il tikinti sahəsində 102,7 min muzdlu işçi çalışıb

Bakı, 19 fevral, AZƏRTAC

2017-ci ildə tikinti sahəsində çalışan muzdlu işçilərin orta siyahı sayı 102,7 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onların 52,9 min nəfəri binaların tikintisində, hər birində 24,9 min nəfər olmaqla mülki təyinatlı inşaat işlərində və ixtisaslaşdırılmış tikinti işlərində çalışıb. İşçilərin 27,4 faizi dövlət, 72,6 faizi isə qeyri-dövlət tikinti müəssisələrində məşğul olub.

Tikinti sahəsində işləyənlərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilə nisbətən 4,1 faiz azalaraq 780,7 manat olub. Qeyri-dövlət sektorunda işçilərin orta aylıq nominal əməkhaqqı 884,5 manat, dövlət sektorunda isə 522,8 manat olub. Əvvəlki illə müqayisədə ixtisaslaşdırılmış tikinti işlərində orta aylıq nominal əməkhaqqı 16,8 faiz azalıb, mülki təyinatlı inşaat işlərində 12,4 faiz, binaların tikintisində isə 1,7 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.