İQTİSADİYYAT


Ötən il vergi daxilolmaları üzrə proqnoz 102,7 faiz icra edilib

Bakı, 12 fevral, AZƏRTAC

2020-ci ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə vergi daxilolmaları 7,4 milyard manat təşkil edib. Vergi daxilolmaları üzrə illik proqnoz 102,7 faiz, o cümlədən qeyri-neft-qaz sektoru üzrə 103,9 faiz icra olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə fevralın 12-də “Postpandemiya dövründə vergi sistemi” mövzusunda keçirilən konfransda Dövlət Vergi Xidməti rəisinin müavini, xidmət rəisi vəzifəsinin müvəqqəti icraçısı Orxan Nəzərli deyib.

O qeyd edib ki, ümumi daxili məhsulun (ÜDM) həcminin azaldılması şəraitində daxilolmaların ÜDM-də xüsusi çəkisi artaraq 10,2 faiz olub.

Xidmət rəsmisi, həmçinin diqqətə çatdırıb ki, ötən il dünya enerji bazarlarında müşahidə edilən qiymət enişləri, habelə hasilatın azalması fonunda neft-qaz sektoru üzrə daxilolmalarda 20,6 faiz azalma qeydə alınıb. Bu azalma qeyri-neft-qaz sektorundan daxilolmalar hesabına kompensasiya edilib. Keçən ilin nəticələrinə görə, bu sektordan daxilolmalar 3,3 faiz artaraq 5,6 milyard manat təşkil edib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.