CƏMİYYƏT


Ötən ilin dekabr ayı ərzində Bakı və Sumqayıt tibbi ərazi bölmələri üzrə vətəndaşlara ümumilikdə 1 milyon 71 min 682 tibbi xidmət göstərilib

Bakı, 24 yanvar, AZƏRTAC

İcbari tibbi sığortanın tətbiq olunduğu tibb müəssisələri tərəfindən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə təqdim edilən ilkin hesabatlara əsasən, ötən ilin dekabr ayı ərzində Bakı TƏB-i üzrə 223 min 41 və Sumqayıt TƏB-i üzrə 46 min 181 vətəndaşa ümumilikdə 1 milyon 71 min 682 tibbi xidmət göstərilib.

Agentliyin bu gün keçirilən mətbuat konfransında verilən məlumata əsasən, bu müddətdə tibb müəssisələri, onların struktur bölmələri və müalicə diaqnostika mərkəzlərinə 458 min 151 müraciət daxil olub. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 778 min 117-si ambulator, 293 min 565-i isə stasionar şəraitdə göstərilib.

2021-ci ilin dekabr ayı üzrə həmin tibbi ərazi bölmələrinə dair əhaliyə göstərilən tibbi xidmətləri əks etdirən bir neçə statistik göstəricini təqdim edirik: Bakı TƏB-i üzrə əhalinin hər 1000 nəfərinə tibb müəssisələrinə olunan müraciət sayına əsasən ilk onluqda yer alan rayonlar: Yasamal (287), Səbail (266), Nərimanov (254), Nəsimi (233), Sabunçu (226), Xəzər (213), Pirallahı (203), Suraxanı (133), Qaradağ (96) və Xətai (78).

Sumqayıt TƏB-i üzrə əhalinin hər 1000 (min) nəfərinə tibb müəssisələrinə olunan müraciət sayı 117 təşkil edib.

Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi (151 min 884), Kliniki Tibbi Mərkəz (124 min 957), Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası (90 min 804), 5 nömrəli Şəhər Klinik Xəstəxanası (80 min 683), K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu (69 min 100), 3 nömrəli Şəhər Klinik Xəstəxanası (67 min 723), 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (38 min 509), Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası (25 min 319), 39 nömrəli Şəhər Poliklinikası (23 min 592) və Akademik C.M.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutu (19 min 916).

Ən çox ambulator xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Sumqayıt Tibb Mərkəzi, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Kliniki Tibbi Mərkəz, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, 39 nömrəli Şəhər Poliklinikası, 15 nömrəli Uşaq Poliklinikası və Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası.

Ən çox stasionar xidmət göstərmiş tibb müəssisələrinin ilk onluğu: Kliniki Tibbi Mərkəz, Sumqayıt Tibb Mərkəzi, K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutu, Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, 3 nömrəli Şəhər Klinik Xəstəxanası, 5 nömrəli Şəhər Klinik Xəstəxanası, 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, Ə.D.Məlikov adına 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanası, M.Ə.Əfəndiyev adına 2 nömrəli Şəhər Klinik Xəstəxanası və Respublika Perinatal Mərkəzi.

Ötən ay ərzində Bakı və Sumqayıt TƏB-ləri üzrə tibb müəssisələrinə müraciətlərin çoxu tibbi müayinə (hərbi xidmətə çağırılanların müayinəsi daxil olmaqla), tənəffüs sistemi xəstəlikləri, qan dövranı sistemi xəstəlikləri, həzm sisteminin xəstəlikləri, sümük və əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri, sidik-cinsiyyət sisteminin xəstəlikləri, endokrin sistemin xəstəlikləri, maddələr mübadiləsi və qidalanma pozğunluğu, sinir sistemi xəstəlikləri, zədələr və zəhərlənmələr, mamalıq və ginekologiya və ilə bağlı olub.

İlkin hesablamalara görə, 2021-ci ilin yanvar-noyabr ayları ərzində ölkə üzrə 19 min 156 nəfər müvafiq göndərişə əsasən dövlət tibb müəssisələrində aparılması mümkün olmayan, habelə xüsusi tibbi təchizat və təminat tələb edən əməliyyat və xidmətlərlə bağlı müqaviləli tibb müəssisələrinə yönləndirilib ki, həmin şəxslərin 541 nəfərini uşaqlar təşkil edib. Belə ki, 18 yaşdan yuxarı 7 min 153 nəfərə invaziv radiologiya (angioqrafiya) üzrə xidmətlər göstərilib. Həmçinin ürək və damar cərrahiyyəsi/kardiologiya üzrə 5 700, oftalmologiya üzrə 3 277, urologiya üzrə 1 356, nevrologiya/neyrocərrahiyyə üzrə 726, travmatologiya üzrə 425, LOR üzrə 228, digər sahələr üzrə 175, ümumi cərrahiyyə üzrə 81, ginekologiya və doğuş üzrə 35 nəfər əməliyyat olunub. Qeyd edək ki, ürək və damar cərrahiyyəsi üzrə əməliyyat keçirən pasiyentlərdən 249 nəfər 18 yaşdan aşağı şəxslərdir. Nəzərə çatdırırıq ki, vətəndaşlara verilmiş göndərişlər əsasında müqaviləli tibb müəssisələri tərəfindən tibbi xidmətlərin göstərilməsi və onların elektron reyestrdə qeydiyyatı davam edir.

Məlumat üçün bildirək ki, 2021-ci ilin dekabr ayında Bakı TƏB üzrə 908 min 611, Sumqayıt TƏB üzrə isə 163 min 71 tibbi xidmət göstərilib. Bütün ölkə üzrə dekabr ayı ərzində 640 min 105 nəfərə 1 milyon 82 min 236 müraciət üzrə 2 milyon 465 min 564 tibbi xidmət göstərilib. Müraciətlər üzrə göstərilən tibbi xidmətlərin 1 milyon 979 min 532-si ambulator, 486 min 32-si isə stasionar şəraitdə olub.

Bundan başqa, icbari tibbi sığortanın 2021-ci ilin aprel ayından etibarən tətbiq olunmağa başladığı Bakı TƏB üzrə həmin ilin sonuna qədər 1 milyon 258 min 328 vətəndaşa 2 milyon 778 min 901 müraciət üzrə 6 milyon 2 min 552 tibbi xidmət, Sumqayıt TƏB üzrə isə 236 min 460 vətəndaşa 576 min 940 müraciət üzrə 1 milyon 24 min 728 tibbi xidmət göstərilib.

2021-ci ilin yanvar-dekabr ayları ərzində isə bütün ölkə üzrə 4 milyon 53 min 636 şəxs tibb müəssisələrinə müraciət edib. Onlara 10 milyon 348 min 289 müraciət üzrə 22 milyon 954 min 649 tibbi xidmət göstərilib. Həmin xidmətlərdən 17 milyon 675 min 80-i (77 faiz) 18 yaşdan yuxarı, 5 milyon 279 min 569-u (23 faiz) isə 18 yaşdan aşağı şəxslərə göstərilib.

2020-ci ilin yanvarın 1-nə olan rəsmi məlumata əsasən, Bakı və Sumqayıt TƏB-ləri üzrə qeydiyyatda olan əhalinin sayı 3 milyon 47 min nəfər təşkil edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.