İQTİSADİYYAT


Ötən ilin dekabrında Dövlət Gömrük Komitəsinin Çağrı Mərkəzinə 2605 zəng daxil olub

Bakı, 16 yanvar, AZƏRTAC

2018-ci ilin dekabr ayı ərzində Dövlət Gömrük Komitəsinin 195/6 Çağrı Mərkəzinə 2605 zəng daxil olub.

Komitənin mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən AZƏRTAC-a bildirilib ki, daxil olan zənglərin 589-u elektron xidmətlər, 277-si gömrük ödənişləri, 390-ı fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar ilə bağlı olub. Həmçinin zəng edən şəxslərdən 305 nəfəri sərbəst dövriyyə üçün buraxılış gömrük proseduru, 118 nəfəri xidmətə qəbul, 788 nəfəri isə digər mövzularla bağlı müraciət ünvanlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.