MƏDƏNİYYƏT
Ötən ilin ən yaxşı jurnalist fotoları məlum olmuşdur VİDEO
Bakı, 15 fevral (AZƏRTAC). Dünyanın ən nüfuzlu fotomüsabiqələrindən olan “World Press Photo Contest -2014” müsabiqəsi başa çatmışdır.
Müsabiqədə dünyanın müxtəlif ölkələrindən 5 mindən artıq fotojurnalistinin 100 min əl işi iştirak etmişdir.
Münsiflər heyətinin qərarı ilə 18 kateqoriyada 53 ən yaxşı foto seçilmişdir.
“World Press Photo” mükafatını amerikalı fotoqraf, “VII Photo Agency”nin əməkdaşı Con Stenmayer almışdır. Onun çəkdiyi fotoda Cibutidə dəniz sahilində duraraq əllərində telefon tutmuş və qonşu Somalidə qalmış qohumları ilə əlaqə saxlamağa çalışan amerikalı mühacirlər vardır. Foto “National Geographic” jurnalının sifarişi ilə çəkilmişdir.
“Reuters” agentliyinin reportyoru, serbiyalı Qoran Timoşeviçin Suriyada üsyançıların nəzarət-buraxılış məntəqəsinə hücumunu əks etdirən fotosu isə “Təcili məlumatlar” kateqoriyasında birinci yeri tutmuşdur.