İQTİSADİYYAT


Ötən ilin on bir ayında ixrac və idxal olunan məhsullar açıqlanıb

Bakı, 15 yanvar, AZƏRTAC

Ötən ilin on bir ayında ixrac və idxal olunan məhsullar açıqlanıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, keçən ilin yanvar-noyabr aylarında əvvəlki ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 17,6 faiz, kartof 12,9 faiz, şəkər 7,1 faiz, meyvə və tərəvəz şirələri 4,4 faiz, meyvə və tərəvəz konservləri 20,2 faiz, təbii üzüm şərabları və üzüm suslosu 8,6 faiz, pambıq lifi 38,5 faiz, polietilen 29,8 faiz, pambıq ipliyi 2,3 dəfə, qara metallardan yarımfabrikatlar 4,3 dəfə, qara metallardan borular 16,6 faiz, bentonit gili 3,5 faiz artıb, təzə tərəvəz ixracı isə 23,9 faiz, bitki yağları 16,1 faiz, tütün 3,2 faiz, çay 18,2 faiz, marqarin, qida üçün yararlı digər qarışıqlar 17,7 faiz, emal olunmamış alüminium 18,2 faiz azalıb.

2020-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə ötən ilin yanvar-noyabr aylarında xam şəkər idxalı 1,7 dəfə, təzə meyvə 3 faiz, çay 3,3 faiz, kartof 19,9 faiz, quş əti və onun əlavə məhsulları 3,2 faiz, təzə tərəvəz 46,8 faiz, minik avtomobilləri 1,7 dəfə, hesablama maşınları, blok və qurğuları 6 faiz, yük avtomobilləri 1,6 dəfə, rezin şinlər 31,2 faiz, mebellər 29,1 faiz, paltaryuyan maşınlar 20 faiz, məişət kondisionerləri 2,2 faiz, məişət soyuducuları 1,6 dəfə artıb, buğda idxalı isə 17 faiz, bitki yağları 10,7 faiz, kərə yağı, digər süd yağları və pastaları 9,5 faiz, mal əti 43,9 faiz, siqaretlər 36,9 faiz, dərman vasitələri 4 faiz, polad prokatı 33,6 faiz, qara metallardan borular 20,3 faiz, qara metallardan çubuqlar 63,6 faiz, mineral gübrələr 62,5 faiz, polietilen 23,7 faiz, avtobuslar 4,5 faiz, qara metallardan künclüklər 25,4 faiz, sement və sement klinkerləri 22,5 faiz azalıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.