ELM VƏ TƏHSİL


Ötən illərdə əldə edilmiş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü göstərir

Bakı, 18 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu tərəfindən Astarada, İsmayıllıda və Şəmkirdə 18 oktyabr – Dövlət Müstəqilliyi Gününə həsr olunan tədbirlər təşkil edilib.

Bilik Fondundan AZƏRTAC-a bildirilib ki, Astaradakı Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Yasəmən Rəsulova müstəqillik tariximiz haqqında geniş məlumat verib. Vurğulanıb ki, ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmlənir.

Sonra “18 oktyabr - Dövlət Müstəqilliyi Günü” adlı film nümayiş olunub.

Astara Rayon İcra Hakimiyyətinin məsul işçisi Elşad Axundov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Firudin Əhmədov, Astara Pedaqoji Kollecinin direktoru Ağababa İbrahimov, Heydər Əliyev Mərkəzinin direktoru Kübra Səmədova, Astara Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Tural Eyvazov, rayon təhsil şöbəsinin metodmərkəzinin direktoru Emin Fətəliyev diqqətə çatdırıblar ki, Ümummilli Liderin dövlət müstəqilliyinin möhkəmlənməsinə yönəlmiş siyasəti bu gün də uğurla həyata keçirilir. Ötən illərdə sosial-iqtisadi, eləcə də humanitar sahələrdə əldə edilmiş nailiyyətlər Azərbaycanın müstəqil dövlət kimi gücünü göstərir.

Dövlət Müstəqilliyi Gününə həsr olunan digər tədbir İsmayıllıda Bilik Evinin və İsmayıllı Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə MKS-nin xidmət şöbəsinin direktoru Səbirə Seyidova Azərbaycan xalqının müstəqillik tarixində bu günün önəmindən danışıb.

“Müstəqilliyimiz əbədidir” mövzusunda məruzə ilə çıxış edən İsmayıllı Bilik Evinin müdiri Sevinc Novruzova vurğulayıb ki, 1991-ci ildə sovetlər birliyinin dağılması nəticəsində xalqımız tərəfindən müstəqilliyimiz yenidən bərpa olunub. Həmin il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Soveti Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul edib.

Sonra MKS-in direktoru Könül Baxışova, multimedia mütəxəssisi Aytəkin Dəmirova ümummilli lider Heydər Əliyevin müstəqilliyin əldə edilməsindəki əvəzsiz rolundan danışıblar.

Sonda Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan videoçarx nümayiş etdirilib.

Şəmkirdəki Nizami Gəncəvi adına tam orta məktəbdə isə Azərbaycanın Dövlət Müstəqilliyi Gününə həsr olunan şeir müsabiqəsi keçirilib.

Tədbirdə Bilik Fondunun Şəmkir rayonu üzrə nümayəndəsi Eyvaz Vəliyev, rayon təhsil şöbəsinin metodisti İlhamə İbrahimova, ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər.

Müsabiqədə iştirak edən 26 məktəbli əvvəlcə vətənpərvərlik mövzusunda şeirlər səsləndirib. Qiymətləndirmə aparıldıqdan sonra qaliblər rayon təhsil şöbəsinin fəxri fərmanları ilə təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.