DÜNYA
Ötən iyun 1891-ci ildən bəri Rusiyada ən isti ayların beşliyinə düşüb
Bakı, 3 iyul, AZƏRTAC
Ötən iyun 1891-ci ildən bəri Rusiyada ən isti ayların beşliyinə düşüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Rusiya Hidrometeoroloji Mərkəzi məlumat yayıb. Məlumatda, həmçinin Rusiyanın Avropa hissəsində və Uralda iyunun 20-dək davam etmiş soyuq havanın ayın üçüncü ongünlüyündə isti ilə əvəz olunduğu bildirilir. Anomal isti Sibirdə də olub. İyun Sibirin müntəzəm meteomüşahidə tarixində ən isti ay olub. Regionun orta temperaturu normadan 8 dərəcə yüksək olub. Bəzi rayonlarda termometrin göstəricisi müsbət 40 dərəcəyə çatıb. Tez-tez istiliyin yeni rekordları müəyyən edilib.
İyun ayının birinci ongünlüyündə Uzaq Şərqin şimalında da sərin hava isti ilə əvəz olunub. Orta aylıq temperatur 1891-ci ildən bəri ən yüksək göstəriciyə malik olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [20:27]
ABŞ Prezidenti Ukraynaya hərbi yardım haqqında qanunu imzalayıb
- 24.04.2024 [17:50]
İsrail aviasiyası Livanın cənubuna 14 hava hücumu həyata keçirib
- 24.04.2024 [16:26]
Almaniya Prezidenti Türkiyədə rəsmi səfərdədir
- 24.04.2024 [16:18]
Türkiyə yeni amfibiya gəmisinin dizayn işlərinə başlayıb
- 24.04.2024 [16:02]
Türkiyə XİN 1915-ci il hadisələri ilə bağlı bəyanat yayıb
- 24.04.2024 [14:57]
ABŞ Gürcüstana 13 milyon dollarlıq hərbi-texniki yardım edib
- 24.04.2024 [14:48]
Peter Siyarto Azərbaycana səfərə yola düşüb
- 24.04.2024 [14:18]