CƏMİYYƏT


Ötən sutka ərzində Çində 114 nəfər koronavirusdan ölüb

Pekin, 20 fevral, AZƏRTAC

Çində ötən sutka ərzində daha 394 nəfərin koronavirusun yeni növünə (COVID-19) yoluxduğu, 114 nəfərin isə bu virusdan öldüyü təsdiqlənib. Beləliklə, indiyədək virusa yoluxanların sayı 74 min 676, ölənlərin sayı isə 2121 nəfərə çatıb.

AZƏRTAC Çin Dövlət Səhiyyə Komitəsinə istinadla xəbər verir ki, virusa yoluxmaqda şübhəli bilinənlərin sayı 4922 nəfər, sağalıb xəstəxananı tərk edənlərin sayı isə 16 min 182 nəfərdir.

Ötən sutka ərzində baş verən ölüm hallarının 108-i virusun episentri olan Xubey vilayətində, digərləri isə Şanxay şəhərində, Xıbey, Fucien, Şandun, Yunnan və Şansi vilayətlərində qeydə alınıb. Səlahiyyətli qurumlar virusa yoluxanlarla yaxın təmasda olmuş 589 min nəfəri müəyyən edib, onlardan 126 mini həkim nəzarətinə alınıb.

Çindən başqa, Yaponiya, Sinqapur, Tailand, Cənubi Koreya, Malayziya, Almaniya, Vyetnam, Avstraliya, ABŞ, Fransa, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Kanada, Filippin, Hindistan, İtaliya, Rusiya, İspaniya, Finlandiya, İsveç, Nepal, Kamboca, Şri-Lanka, Belçika, Misir və İranda 930-dən çox yoluxma, 7 ölüm faktı qeydə alınıb.

 

Şahin Cəfərov

AZƏRTAC-ın xüsusi müxbiri

Pekin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.