CƏMİYYƏT
Ötən sutka ərzində FHN-ə daxil olmuş zənglər əsasında qəza-xilasetmə əməliyyatları həyata keçirilib
Bakı, 28 mart, AZƏRTAC
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.
AZƏRTAC Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 11 yanğına çıxış, 1 nəqliyyat qəzası və 3 digər halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib. Ümumilikdə, ötən sutka ərzində 12 nəfər təxliyə olunub, 5 nəfər xilas edilib, 1 nəfərin meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:15]
DSMF daha iki beynəlxalq mükafata layiq görülüb
- 23.04.2024 [13:11]
Sabah paytaxtda 29, bəzi bölgələrdə isə 30 dərəcə isti olacaq
- 23.04.2024 [13:10]
Əməyin mühafizəsi sahəsində Türkiyənin təcrübəsi öyrənilir
- 23.04.2024 [13:06]
Fövqəladə Hallar Nazirliyi Gəncədə daha bir qanunsuz tikilini söküb
- 23.04.2024 [13:03]
Körpələr evində yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb
- 23.04.2024 [13:02]