DÜNYA


Ötən sutka ərzində İranda koronavirusdan 207 nəfər ölüb

Tehran, 25 sentyabr AZƏRTAC

Ötən sutka ərzində İranda koronavirusa 3563 nəfər yoluxub, 207 nəfər isə bu xəstəlikdən həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bunu İran Səhiyyə Nazirliyinin mətbuat katibi Sima Səadət Lari gündəlik mətbuat konfransında deyib.

Bununla da İranda bu virusa yoluxanların ümumi sayı 439 min 882, xəstəlikdən ölənlərin sayı isə 25 min 222 nəfərə yüksəlib.

Xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 4023 nəfərin vəziyyəti ağır olaraq qalır. Müalicəsi uğurla bitən 369 min 842 nəfər isə sağalaraq evə buraxılıb.

Qeyd edək ki, İranın 31 vilayətindən 29-u koronavirusla əlaqədar qırmızı zonaya daxildir.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.