DÜNYA


Ötən sutkada Özbəkistanda daha 512 nəfər koronavirusa yoluxub

Daşkənd, 10 sentyabr, АZƏRTAC

Ötən sutka ərzində Özbəkistanda COVID-19-a yoluxanların sayı yenidən artıb. Əgər sentyabrın 8-də yoluxma halı 299 olmuşdusa, indi bu rəqəm 512 təşkil edib. Beləliklə, pandemiya dövründə Özbəkistanda virusa yoluxanların ümumi sayı 44 min 930 nəfərə çatıb.

AZƏRTAC Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, ötən sutkada virusdan 6 xəstə vəfat edib və bununla da ölənlərin sayı 366 nəfər olub.

Hazırda Özbəkistanda müalicə müəssisələrində 2352 xəstə var, onların 427-nin vəziyyəti ağır, 224-nün isə çox ağırdır.

Son 24 saatda virusdan 314, ümumiyyətlə isə 42 min 212 nəfər sağalıb.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.