CƏMİYYƏT
Ottavada Şuşanın işğaldan azad olunması ilə bağlı aksiya keçirilib
Bakı, 11 noyabr, AZƏRTAC
Kanadada yaşayan azərbaycanlılar Ottava şəhərindəki “Parliament Hill” binasının qarşısında toplaşaraq Şuşanın işğaldan azad olunmasını coşqu ilə qeyd ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, həmvətənlərimiz Azərbaycanın mədəniyyət paytaxtı, qədim Şuşa şəhərinin işğaldan azad edilməsini Müzəffər Ali Baş Komandanımızın müdrik siyasətinin, rəşadətli Ordumuzun gücünün və xalqımızın əzminin göstəricisi olduğunu deyiblər.
Bu, Azərbaycan tarixinin ən şanlı səhifələrindən biridir. Vətəndən uzaqda yaşayan azərbaycanlılar bundan sonra da ölkəmizin haqq səsini, Qarabağ həqiqətlərini Kanada ictimaiyyətinə çatdırmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər.
Azərbaycan, Türkiyə və Kanada bayraqlarının dalğalandırıldığı tədbirdə “Erməni təcavüzünə son!”, “Gəncə üçün dua et!” və sair yazılmış plakatlar nümayiş etdirilib, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” kimi şüarlar səsləndirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [16:44]
Novruz bayramı günlərində yollarda 39 yol-nəqliyyat hadisəsi baş verib
- 28.03.2024 [15:47]
ATU rəhbərliyinə institusional akkreditasiya şəhadətnaməsi təqdim olunub
- 28.03.2024 [15:21]
Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib VİDEO
- 28.03.2024 [15:13]