İQTİSADİYYAT


Otto Hauser: Bakı Şopinq festivalı çox uğurlu layihədir

Bakı, 23 oktyabr, AZƏRTAC 

Bakı Şopinq festivalı çox uğurlu layihədir.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Almaniyadakı fəxri konsulu Otto Hauser Bakı Şopinq ilə bağlı müsahibəsində bildirib. Diplomat bu tədbiri çox uğurlu layihə adlandırıb.

Vaxtilə Almaniyanın kansleri Helmut Kollun mətbuat katibi vəzifəsində çalışmış Otto Hauser qeyd edib ki, festivalın dünyada hər il daha çox tanınacağına, bununla da böyük turizm potensialı olan Azərbaycana daha çox turist cəlb edəcəyinə inanır.

Otto Hauser Festivalın “çox vaxtında düşünüldüyünü” də vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.