SİYASƏT


Otto Hauzer: Azərbaycan Dağlıq Qarabağı və ətraf 7 rayonu öz tərkibinə qaytarmaq yolundadır

Berlin, 10 noyabr, AZƏRTAC

Azərbaycanın Almaniyanın Ştutqart şəhərindəki fəxri konsulu Otto Hauzer Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması ilə bağlı fikirlərini bölüşüb.

AZƏRTAC xəbər verir ki, Otto Hauzer Prezident İlham Əliyevi və Azərbaycan xalqını bu vacib addım münasibətilə təbrik edib. Bildirilib ki, beləliklə, Azərbaycan Dağlıq Qarabağın və ətraf 7 rayonun öz tərkibinə qaytarmaq yolundadır. Otto Hauzer qeyd edib ki, qaçqınların vətənlərinə qayıtmasına dair razılaşma çox vacib humanitar addımdır.

Otto Hauzer, həmçinin vurğulayıb: “Ermənistana aydın olmalıdır ki, artıq qan tökülə bilməz. İndi Yerevanda anlayış hökm sürməlidir”.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.