Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Oturaq həyat tərzi erkən yaşlarda infarktın yaranmasına səbəb ola bilər

Oturaq həyat tərzi erkən yaşlarda infarktın yaranmasına səbəb ola bilər

Bakı, 27 dekabr, AZƏRTAC 

Hazırda dünyada olduğu kimi Azərbaycanda da ürək patologiyaları ümumi xəstəliklər içində həm rast gəlmə tezliyinə, həm də yarada biləcəyi fəsadlara görə birinci yerdədir. Ürək-damar xəstəlikləri geniş spektri əhatə edir. Bura ürəyin tac damarlarının və ürək qapaqlarının xəstəlikləri, arterial hipertenziya nəticəsində əmələ gələn ürək problemləri, ürək çatışmazlığı və bir sıra digər səbəblərdən əmələ gələn damar xəstəlikləri daxildir. Ani ölümlərin də başlıca səbəbi əsasən damar xəstəlikləri göstərilir. Bu, əvvəlcədən ürək xəstəliyi olanlarda görüldüyü kimi, şikayəti olmayanlarda da baş verə bilər.

Bu sözləri AZƏRTAC-a məxsusi müsahibəsində Mərkəzi Klinikanın kardioloqu Oqtay Musayev bildirib.

-Dünyada ən geniş yayılmış ürək xəstəlikləri hansılardır?

-Hazırda mövcud ürək-damar xəstəlikləri arasında ən aktual olanı ürəyin işemik xəstəliyidir. Bu, ürəyin tac damarlarının tutulması, daralması nəticəsində yaranan xəstəliklər qrupudur ki, ən sadəsinə qidalanma çatışmazlıqları dediyimiz stenokardiyalar, ən ağırına isə miokard infarktı daxildir.

- Ürəyin işemik xəstəliyinin əmələ gəlmə səbəbləri hansılardır?

-Bu xəstəliyin risk faktorları (səbəblər) “dəyişdiriləbilinən” və “dəyişdirəbilinməyən” olaraq iki qrupa bölünür. “Dəyişdiriləbilinməyən”lər artıq doğuşdan insanın alın yazısı kimi onun həyatına daxil olur. Bu halda yaş artdıqca xəstəlik daha da inkişaf edərək kəskinləşir. Kişi cinsinə mənsub olmaq da xəstəliyin əsas risk faktorlarındandır. Belə ki, qadınlara nisbətən kişilər bu xəstəliklərdən daha çox əziyyət çəkir. Xəstəliyin yaranma səbəbləri arasında genetik meyillilik də böyük rol oynayır. Təəssüflə demək istərdim ki, bu, üç halda heç bir qoruyucu-profilaktik tədbirlərlə xəstəliyin qarşısını almaq mümkün olmur.

Digərləri isə “dəyişdiriləbilinən” risk faktorlarıdır. Bunlara şəkərli diabet, arterial hipertoniya, siqaretdən istifadə, piylənmə və xolesterin yüksəkliyi daxildir. Bütün bu faktorları rahatlıqla kontrol altına alaraq ürək damarlarında daralma və tutulma əmələ gəlməsinin qarşısını almaq mümkündür. Bu gün dünyada risk faktorlarına qarşı geniş mübarizə aparılır və onların kontrol altına alınması ilə işemik xəstəliklərin yayılmasının qarşısı alınır.

-Yaş faktorunun xəstəliyin yaranma riskləri arasında olduğunu qeyd etdiniz. Ümumiyyətlə neçə yaşdan sonra olan insanlar bu risk qrupuna aid edilir?

-40 yaşdan yuxarı kişilər və 50 yaşdan yuxarı, klimaks dövrünə girmiş qadınlar bu risk qrupuna daxildir. Lakin burada yalnız yaş rol oynamır. Hər 40 yaşını keçmiş insanı bura aid etmək düzgün deyil. Siqaret çəkən, arterial hipertenziyası (qan təzyiqinin yüksəkliyi), şəkərli diabeti, ailəsində ürək xəstəlikləri olan və qanda xolesterini yüksək insanlar da bu nisbətən daha yüksəkdir. Belə ki, bütün bu sadalananlar ürəyin tac damarlarının daralmasına səbəb olan amillərdir. Onu da qeyd edim ki, son zamanlar xəstəliyin cavanlaşması qeyd edilir. Belə ki, 20-30 yaşlı insanlarda artıq bu xəstəlik daha çox görülməyə başlayıb. Bu, “gənc infarktlar”ın yaranmasında təbii ki, genetik faktorlar əsas yer tutur. Lakin hazırda gənclərin erkən yaşda siqaret çəkmələri, yağlı və xolesterinli qidalarla qidalanmaları, daha çox oturaq həyat tərzi keçirmələri irsi meyillilik və genetik faktorlarla birlikdə erkən yaşlarda infarktların yaranmasına səbəb olmaqdadır .

Kişilərin qadınlara nisbətən ürək damar sistemi xəstəlikləri riskinin daha yüksək olduğunu qeyd etdik. Lakin qadınların 60 yaş və ya klimaks dövrü çatmaları ilə bu nisbət bərabərləşir.

-Xəstəliyin kişilərdə daha çox olmasının əsas səbəbi nədir?

-Qadınlardan fərqli olaraq kişilərdə orqanizmdə qoruyucu rol oynayan estrogen hormonu ifraz olunmur və bu da başlıca səbəbdir. Bu hormon əsasən ateroskleroza qarşı qoruyucu mövqe tutur. Lakin qeyd etdiyim kimi qadınlar klimaks dövrünə girdikdən sonra onların da orqanizmində adı keçən hormonun ifrazının dayanması bu risk faizini bərabərləşdirir.

-Xəstəliyin anadangəlmə hansısa bir qüsurun fəsadı olma ehtimalı varmı?

-Anadangəlmə qüsurlar adətən uşaq yaşlarında özünü büruzə verir və bunların ürək-damar xəstəlikləri ilə bir əlaqəsi olmur. Daha çox qapaqlarda və yaxud ürək boşluqları, ürək damarları arasında meydana çıxır. Bunların arasında tək damar xəstəliyi ürəyin tac damarları arasında anadangəlmə anomaliyalar-tərs çıxışların olmasıdır ki, bu da ürəyin tac damarlarının anomaliyaları adlanan-damarın normal yerdən deyil anotomik tərs istiqamətdən çıxmasıdır. Bu, bəzi hallarda miokard infarktına səbəb ola bilər. Lakin insanlar arasında, ümumilikdə götürdükdə bu hallar çox nadir rast gəlinir.

-Ürək-damar xəstəliklərini ilk mərhələdə bəlli edən faktorlar hansılardır?

-Ümumiyyətlə yaşı 40-dan yuxarı şəxslər, zərərli vərdişləri, genetik ürək xəstəlikləri olanlar, oturaq həyat tərzi keçirənlərin ildə bir dəfə kardioloji müayinədən keçmələri mütləqdir.

Bundan əlavə risk faktorunun olub-olmamasından asılı olmayaraq sinəsində yandırıcı, göynədici xarakterli ağrı, təngnəfəslik, ürək sıxıntısı kimi hisslər olduqda həkimə müraciət etmək vacibdir. Sinədə olan göynəmənin hər iki qola yayılması, həddindən artıq tərləmə hallarının meydana çıxması və bu şikayətlərin oturaq vəziyyətdə və ya uzun müddət davam etməsi hallarında artıq miokard infarktından şübhələnmək lazımdır. Bu zaman isə təxirə salınmadan, təcili yardım çağıraraq xəstəxanaya müraciət edilməlidir.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

YAP Səbail rayon təşkilatı Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbir keçirib

“Azərbaycanda sənayeləşdirmə: reallıqlar və perspektivlər” – yeni nəşr

Yığmanın baş məşqçisi: Toplanışda keçirdiyimiz matçlar kifayət qədər faydalı oldu

DGK sədri Misir səfiri ilə görüşüb

Şirvan–Salyan Regional Təhsil İdarəsinin fəaliyyəti ilə bağlı müraciətlərə bu nömrə cavab verəcək

Daxili işlər naziri Şamaxıda vətəndaş qəbulu keçirib

Fövqəladə Hallar Nazirliyi və “Azərbaycan Dəmir Yolları” QSC birgə təlim keçirib VİDEO

Ötən il BDU-nun Tarix fakültəsinin əməkdaşlarının 4 dərslik və 15 dərs vəsaiti çap olunub

Paytaxt sakininin telefon və çantasını talayan şəxs saxlanılıb VİDEO

“AMEA-da elektron hərəkat və yeni çağırışlar” - seminar

Misirin aparıcı media nümayəndələri ilə görüş olub

“Ermənistanın dostları” şəbəkəsinin əsas məqsədi bölgədə Aİ-nin maraqlarını həyata keçirməkdən ibarətdir - RƏY

Gürcüstan iqlim dəyişikliyi ilə mübarizəyə 3,7 milyard lari xərcləyəcək

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 23 fevral tarixli 1101-VIQD nömrəli Qanununun tətbiqi və “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 mart tarixli 299 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Nyu-York metrosunda zorakılıq halları artıb

“Muzeydə musiqi” layihəsi: Azərbaycan Milli İncəsənət Muzeyində növbəti konsert

Sorğu: Bayden Trampı 3 faiz fərqlə qabaqlayır

Nizamişünas alimin məqaləsi Türkiyədə çap edilib

Fevralda DSMF tərəfindən 26,6 minə yaxın vətəndaş müraciəti cavablandırılıb

“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO

“Neftçi”nin iki futbolçusu “Qəbələ” ilə oyunu buraxacaq

Çin uçuş məsafəsi iki min kilometrdən çox olan zenit raketi hazırlayıb

Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edib

D vitamini uşaqların sümük-əzələ sisteminin sağlamlığında mühüm rol oynayır

“AzInTelecom”un “Hökumət Buludu” layihəsi “WSIS-204” müsabiqəsində iştirak edir

Rusiyada terror aktından zərərçəkənlərə dəstək məqsədilə Müslüm Maqomayevin mahnılarından ibarət albom buraxılıb

Millinin baş məşqçisi: Macarıstan və İsveçrə ilə oyunlar bizim üçün yeni təcrübə olacaq

DTX təhlükəsizliyimizin qarantı, xalqımızın qürur yeridir

“Ulu Öndər və yəhudilər” sənədli filmi İsrail mətbuatında

Türkiyənin vitse-prezidenti: Daxili istehlakın ifrat artımı ölkənin iqtisadi inkişafına zərbə vurur

Şröder: Putinlə şəxsi münasibətlərim Ukraynada sülh prosesinə fayda verə bilər

BŞİH-də müşavirə keçirilib, “Lifttəmir”in direktoruna şiddətli töhmət verilib

Əhalinin tibbi xidmətlərə əlçatanlılığı ilə bağlı sorğunun nəticələri müzakirə olunub

Avropa çempionatı: Azərbaycan minifutbol millisinin mümkün rəqibləri bəlli olub

Qadınlar arasında keçirilən voleybol yarışında ADAU-nun komandası birinci yerə çıxıb

"GreenTech Startap və Yaşıl Texnologiyalar" müsabiqəsinə start verilir

Qazaxıstan Prezidenti: Orta Dəhliz üzrə daşımaların həcmi 10 milyon tona çata bilər

RF XİN: Ermənistan kollektiv Qərbin son dərəcə təhlükəli planlarının alətinə çevrilir

QHT sədri: Azərbaycanın vətəndaş cəmiyyətləri də COP29-un ölkəmizdə yüksək səviyyədə keçirilməsinə töhfə verə biləcəklər

DTX-nin rəisi: Ali Baş Komandanın bizə olan inamını daim doğrultmağa çalışacağımızı qətiyyətlə bəyan edirik

Rostropoviçlərin ev-muzeyində klassik musiqi konserti - “Bir ömrün simfoniyası”

Azərbaycanın basketbol yığmaları Türkiyə klublarına qalib gəliblər

Sabah ölkə ərazisində hava əsasən yağmursuz olacaq

Tarixçi alim: Həmrəy olaraq qarşıya qoyulan bütün hədəflərə mütləq çatacağıq

Bayram günlərində meşə fondu torpaqlarında 100 mindən çox ağac əkilib

Rusiyadan stikerləri Azərbaycan dilində olan məhsulların idxal müddəti uzadılıb

Ombudsman Səbinə Əliyeva Xankəndidə erməniəsilli sakinlərlə görüşüb

Məktəblərdə direktor müavini vəzifəsi ilə bağlı işə qəbul üzrə təkrar müsahibə keçiriləcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb VİDEO

Kəmalə Həşimova: Tezliklə Qərbi azərbaycanlıların da hüquqlarının bərpasına nail olacağıq

Davamlı öskürəyin ev şəraitində müalicəsi xəstəliyin ağırlaşmasına səbəb ola bilər

Milli Kitabxana Teymur Elçinin 100 illik yubileyi münasibətilə sərgi hazırlayıb

Azərbaycan millisinin voleybolçusu İndoneziya klubuna keçib

Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində “Technest” təqaüd proqramı üzrə infosessiya keçirilib

ABŞ və Avropa İttifaqı özlərinin gündəliyində olan siyasəti israrla Ermənistana təlqin etməyə çalışır ŞƏRH

“Dövlətin təhlükəsizliyi naminə” - MƏQALƏ

DİM: Dövlət qulluğu üzrə imtahandan müvəffəqiyyətlə keçənlərin sertifikatlarının verilməsinə başlanılıb

Azərbaycan gimnastları Fransada beynəlxalq turnirdə iştirak edəcəklər

Tanışını öldürməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

BMT: 783 milyon insanın aclıqdan əziyyət çəkdiyi bir şəraitdə qida tullantılarının həcmi 20 faizə çatıb

Azərbaycan Premyer Liqası: “Qarabağ” bu tur çempionluğu təmin edə bilər

Qusar Dövlət Ləzgi Dram Teatrı paytaxt tamaşaçıları qarşısında çıxış edib

Muxtar Nağıyev: Azərbaycan xalqı olaraq birlik və həmrəylik sayəsində məqsədlərimizə çatacağıq

Magistraturaya qəbul imtahanının ikinci cəhdində iştirak etmək üçün qeydiyyat aparılır

Qərbin “sığortası” yeni münaqişə ocağı yaradacaq və ya iqtisadi tənəzzüllə bitəcək - ŞƏRH

Elektromobillərin dünya qiymətləri ucuzlaşa bilər

Bayram günlərində Qəbələ Dövlət Tarix-Bədii Qoruğunu ziyarət edənlərin sayı artıb

Seulda avtobus sürücülərinin tətili başlayıb

Salyanda məktəb direktoru işdən çıxarılıb

Yaşar Güler: Terror mövzusu Türkiyə gündəmindən tamamilə silinəcək

Beynəlxalq klub turnirlərində qapısını ən çox toxunulmaz saxlayan qolkiperlər bəlli olub

DİN: Martın 27-də 23,8 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Mərkəzi Bank uçot dərəcəsini endirib

Teatr Xadimləri İttifaqında Beynəlxalq Teatr Günü keçirilib

Süni intellekt Rusiyada meşələrin qanunsuz qırılması hallarını aşkar edəcək

Ali məktəblər arasında ilk dəfə BANM-də Süni intellekt elmi-tədqiqat laboratoriyası fəaliyyətə başlayıb

Mingəçevir Dövlət Universitetində Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan mühazirə keçirilib

Gənc Tamaşaçılar Teatrı aprel repertuarını təqdim edib

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası yaradılıb

Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək

Naxçıvanda yolda qaya uçqunu baş verib

Akademik: Azərbaycan cəmiyyətinin sonrakı inkişaf mərhələlərində Elmlər Akademiyası mühüm rol oynayıb

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 4 nəfər xilas edilib

TKTA: Yerli akkreditasiyası olmayan ali məktəblərin diplomları tanınmır

® Mərkəzi Gömrük Hospitalında istehsalat təcrübəsi keçən tibb kolleclərinin tələbələri üçün növbəti təlim keçirilib

Ötən gün götürülən silah-sursatın sayı açıqlanıb

Bağçalara müdir vəzifəsinə işə qəbulun test imtahanı mərhələsi keçiriləcək

Hərbi institutun kursantları ilə praktiki məşğələlər keçirilib VİDEO

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Dendrologiya İnstitutu Qazax Milli Universiteti ilə əməkdaşlıq edəcək

Çində Asiya naminə Boao Forumunun illik konfransı keçirilir VİDEO

DİN: Cinayət törətməkdə şübhəli bilinən 55 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyi Lənkərandakı qəza ilə bağlı məlumat yayıb – YENİLƏNİB

Ağır vəziyyətdə müalicə ocağına çatdırılan xəstə həkimlərin qayğısı sayəsində sağalıb

Akademik Milli Dram Teatrı Beynəlxalq Teatr Günündə şəkililərin qonağı olub

FHN: Bakıda döyüş tətbiqinə yararlı əl qumbarası və UZRQM partladıcısı aşkarlanıb VİDEO

Əmək bazarı bülleteni hazırlanıb

Energetika Nazirliyində kollegiya iclası keçirilib

Dünya birjalarında neft bahalaşıb