DÜNYA


Otuz beş dollara alınmış büst qiymətli sənət əsəri çıxıb

Bakı, 11 may, AZƏRTAC

ABŞ-da bir qadının 4 il əvvəl köhnə görünüşünü bəyəndiyi üçün 35 dollara aldığı büstün tarixi 2 min illik Roma büstü olduğu məlum olub.

AZƏRTAC xəbər verir ki, Laura Young adlı qadın 2018-ci ildə 35 dollara aldığı 2 min illik Roma büstünü açıqlanmayan bir məbləğə Texasdakı San Antonio İncəsənət Muzeyinə satıb.

Qeyd edək ki, İkinci Dünya müharibəsi zamanı yoxa çıxdığı elan edilən qiymətli sənət əsəri Almaniyaya qaytarılacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.