DÜNYA


Otuz beş min moskvalı koronavirusa qarşı peyvənd olunmaq üçün ərizə verib

Bakı, 10 sentyabr, AZƏRTAC

Koronavirusa qarşı peyvəndləmədə iştirak etmək üçün Moskvada 35 mindən çox insan ərizə verib.

AZƏRTAC “Rossiya 24” telekanalına istinadla xəbər verir ki, bunu Moskva merinin sosial inkişaf məsələləri üzrə müavini Anastasiya Rakova deyib. Onun sözlərinə görə, tədqiqatda 40 min nəfər iştirak etməlidir. Arzu edənlərin sayı gündə 5-6 min nəfər artır. Dünən 13 moskvalı peyvənd olunub. Sınaq iştirakçıları özlərini yaxşı hiss edirlər. Onların sağlamlıq vəziyyəti qolbaq vasitəsilə izlənilir.

Anastasiya Rakovanın özü də peyvənd olunub. O bildirib ki, peyvəndləmədən sonra kürəyində azacıq ağrı olub və temperaturu 37,2 dərəcəyə yüksəlib.

Qeyd edək ki, Rusiya istehsalı olan koronavirusa qarşı “Sputnik V” vaksini bir neçə gün əvvəl mülki dövriyyəyə buraxılıb. COVID-19 xəstəliyinin profilaktikası üzrə Rusiya Birbaşa İnvestisiyalar Fondu və Nikolay Fyodoroviç Qamaleya adına Epidemiologiya və Mikrobiologiya üzrə Milli Tədqiqatlar Mərkəzinin hazırladığı dünyanın ilk preparatı avqust ayında qeydiyyatdan keçib. Vaksin sınaqlar zamanı iştirakçılarda 100 faizlik davamlı immun cavabı formalaşdırıb və onlarda heç bir meyar üzrə ciddi xoşagəlməz təsirlər müşahidə edilməyib.

Bununla yanaşı, peyvənd olunmuş könüllülərdə virus neytrallaşdırıcı anticisimlərin səviyyəsi xəstəlikdən sağalan insanların anticisimlərindən 1,4-1,5 dəfə çox olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.