REGİONLAR


Otuz ilin həsrəti ilə yanıb qovurulan xalqımız Qarabağ uğrunda yumruq kimi birləşib

Naxçıvan, 20 oktyabr, AZƏRTAC

Ermənilər tarix boyu xəyanətkarlıqları ilə tanınıblar. Ötən əsrin 90-cı illərində baş verən hadisələrdən də çox yaxşı bilirik ki, bu xəyanətkar millət əldə olunan heç bir razılaşmaya əməl etmir. Əksinə, bundan bizim əleyhimizə istifadə edirlər. Oktyabrın 10-da və 17-də də biz yenə ermənilərin simasızlığının şahidi olduq. Həmişə olduğu kimi, bu dəfə də onlar simasızlıqlarını göstərərək, humanitar atəşkəs razılaşmasını heçə sayaraq 500 min əhalisi olan Gəncə şəhərini, 100 min əhalisi olan Mingəçeviri və digər çoxsaylı yaşayış məntəqələrimizi raket atəşinə tutdular.

AZƏRTAC-ın Naxçıvan bürosuna müsahibəsində bu sözləri deyən “Naxçıvan” Universiteti İdarəetmə kafedrasının müdiri İradə Bağırova bildirib ki, döyüş bölgəsindən 100 kilometrlərlə uzaqda yerləşən yaşayış məntəqələrimizin ermənilər tərəfindən atəşə tutulması bu millətin faşist ideologiyasına sahib olduğunun növbəti nümunəsidir. Azərbaycan Ordusu qarşısında diz çökən erməni ordusu bununla, həm də əhali arasında vahimə yaratmaq istəyir. Ancaq biz görürük ki, düşmənin atəşi nəticəsində evi dağılan hər bir dinc sakin inamla “Evimiz əsgərimizə qurban olsun, Şuşaya doğru irəli!” - deyir. Bu, xalqımızın ruh yüksəkliyini göstərir. Bu, 30 ilin həsrəti ilə yanıb qovurulan bir millətin Qarabağ uğrunda hər şeyə razı olduğunu nümayiş etdirir. Bu gün hər bir azərbaycanlı bu fikirlə yaşayır: işğal altında olan torpaqlar azad edilməlidir. Bu yolda hər bir çətinliyə dözməyə hazırıq.

“BMT Təhlükəsizlik Şurası Ermənistan ordusunun işğal edilən ərazilərimizdən çıxarılması barədə dörd qətnamə qəbul edib. Amma indiyə kimi həmin qətnamələr icra edilməyib. Bu gün Azərbaycan Ordusunun özü bunu yerinə yetirir. Necə qəbul edilibsə, eləcə də qalıb, yəni icra olunmayıb”, - deyən “Naxçıvan” Universiteti İdarəetmə kafedrasının müdiri vurğulayıb ki, bu gün gedən döyüşlər münaqişənin tarixində 1994-cü ildəki atəşkəsdən sonra baş vermiş ən genişmiqyaslı döyüşlər hesab edilir. Bu gün Azərbaycan torpaqlarının mərhələli şəkildə işğaldan azad olunması hər birimizi qürurlandırır. Hər gün cəbhədən yeni-yeni uğurlar eşidirik. Torpaqların işğaldan azad olunması düşmənə ağır bir zərbədir. Biz inanırıq ki, Azərbaycan torpaqları işğaldan azad olunacaq və bir milyondan çox məcburi qaçqın və köçkün öz yurd-yuvalarına qayıdacaqlar. Çünki, onlar 30 ilə yaxındır ki, bu günü həsrətlə gözləyirlər. Bizim məğrur bayrağımız tezliklə Şuşa və Xankəndidə dalğalanacaq. Allah bu yolda Ali Baş Komandan İlham Əliyevə və bütün əsgərlərimizə kömək olsun. Qarabağ Azərbaycandır!

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.