CƏMİYYƏT


Ov mövsümü fevralın 28-də başa çatır

Bakı, 22 fevral, AZƏRTAC

Azərbaycanda 2020-2021-ci illər üzrə ov mövsümü fevralın 28-də başa çatacaq.

Bunu AZƏRTAC-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev deyib.

O qeyd edib ki, fevralın 28-dən ov icazələrinin verilməsi dayandırılacaq. Həmin tarixdən etibarən vətəndaşların, ovçuların ov etməsi qadağandır: “Ov mövsümünün bağlanması heyvanların və quşların bioloji xüsusiyyətləri ilə bağlıdır. Bu müddətdə növlərin çoxalma dövrü başladığından onların populyasiyasına və təbii artımına zərər verilməməsi üçün ov qadağan olunur”.

F.Əliyev ov ilə məşğul olan şəxsləri qadağan olunan vaxtlarda ov qaydalarına əməl etməyə çağırıb.

O bildirib ki, növbəti ov mövsümünün iyunun əvvəlində başlanılması gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.