CƏMİYYƏT


Oxçuçayın çirkləndirilməsi nəticəsində həmin çayda “Qırmızı kitab”a daxil edilən qızıl və forel balıqlarının kütləvi məhvi qeydə alınıb

Bakı, 4 iyun, AZƏRTAC

Oxçuçayın çirkləndirilməsi nəticəsində həmin çayda Azərbaycanın “Qırmızı kitab”ına daxil edilən qızıl və forel balıqlarının kütləvi məhvi qeydə alınıb və bu proses hələ də davam edir.

AZƏRTAC xəbər verir ki, bunu Regional Ekoloji Mərkəzin direktoru, İctimai Şuranın sədri Mələk Şükürova “Oxçuçayın Ermənistan tərəfindən çirkləndirilməsi və işğaldan azad olunmuş ərazilərdə ekoloji durum” mövzusunda keçirilən mətbuat konfransında deyib.

O bildirib ki, Azərbaycan sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında BMT Konvensiyasının üzvüdür: “Bu o deməkdir ki, Azərbaycan Konvensiya çərçivəsində digər ölkələr qarşısında öhdəlik daşıyır. Həmin öhdəlik su hövzələrinin bioloji durumu, bakterioloji parametrləri və s. üzrədir. Lakin Ermənistanın BMT-nin Konvensiyasına qoşulmaması Azərbaycanın, həm də digər Xəzəryanı ölkələrin bu istiqamətdə gördüyü işləri demək olar ki, sıfıra endirir. Ermənistanın Konvensiyaya qoşulması üçün dəfələrlə müxtəlif platformalarda çağırışlar etsək də, bu, qəbul olunmayıb. Azərbaycan Cənubi Qafqazda Konvensiyaya qoşulan yeganə ölkədir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.